Icma.az
close
up
RU
Kilosu 160 manatdır, kişi sonsuzluğunun dərmanıdır

Kilosu 160 manatdır, kişi sonsuzluğunun dərmanıdır

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Paytaxtın həm böyük market şəbəkələrində, həm də premium butiklərdə qarşılaşdığımız, kilosu 70-80 manata təklif olunan rəngbərəng quru meyvələr alıcılar arasında ciddi suallar doğurur. Xarici görünüşü ilə göz oxşayan bu məhsullar daddıqda təbii meyvədən daha çox şəkərli marmeladı xatırladır. Yüksək qiymətə baxmayaraq, tərkibindəki süni boyaq maddələri və həddindən artıq şəkər bu məhsulların sağlamlıq üçün faydasını minimuma endirir. 
Qida məsələləri üzrə ekspert Ağa Salamov Demokrat.az saytına verdiyi açıqlamada bu məqamlara aydınlıq gətirib.
O deyib ki, quru meyvələr müxtəlif yerlərdə fərqli qiymətlərlə satılır:
“Bəzən işbazlar tələbatı görərək qiymətləri süni şəkildə artırırlar. Məsələn, hər hansı bir həkim tərəfindən tövsiyə olunan məhsul Azərbaycanda yoxdursa, onu xaricdən gətirib baha qiymətə satışa çıxarırlar. Burada gömrük rüsumları da qiymətə təsir edir. İdxal olunan məhsullar, o cümlədən bəzi xurma növləri baha olur. Qida dəyəri yüksək və müalicəvi xüsusiyyətləri olan məhsullar da var. Məsələn, şam fıstığı. Hazırda onun qiyməti təxminən 160 manatdır. Bu məhsulun kişi sonsuzluğuna müəyyən faydası olduğu deyilir. Düzdür, bu tam müalicə üsulu deyil, amma göstəricilərin artırılmasına kömək edə bilər. Bu səbəbdən həkimlər bəzən onu tövsiyə edir və insanlar almağa məcbur qalır. Bu gün qidaların böyük hissəsi süni olduğu üçün vitamin və mineral çatışmazlığı yaranır. Bu da bəzi hallarda spermatozoidlərin azalmasına səbəb olur. Bu baxımdan insanlar alternativ yollar axtarır və şam fıstığı kimi məhsullara üz tuturlar. Nəticədə bu cür məhsulların qiyməti daha da yüksəlir. Digər nümunə kimi pekan qozunu göstərmək olar. Bu qozun yağlılıq və qida dəyəri yüksəkdir. Kalorisi də çoxdur. Pekan qozu premium məhsul sayılır və xüsusi şəkildə seçilir. Kalibrləşdirilir, yəni ölçülərinə görə ayrılır və eyni ölçüdə olanlar ayrıca qablaşdırılır. Əslində isə bunun ciddi fərqi yoxdur böyük və ya kiçik olmasından asılı olmayaraq dadı eynidir. Amma görünüşə görə seçilib qablaşdırıldığı üçün daha baha satılır. Bu da müəyyən mənada marketinq üsuludur”.
Ekspert bildirib ki, ümumilikdə, bazarda çeşid çoxdur:
“Ölkədə istehsal olunmayan və ya nadir olan məhsullar idxal edilir və bu da qiymətlərin artmasına səbəb olur. Məsələn, bəzi xurma növləri, xüsusilə İsrail və Fələstin xurmaları çox bahadır. Bu xurmalar iri ölçülü olur və premium kateqoriyaya daxildir. Lakin böyük ölçülü xurmaların istehlakını çox tövsiyə etmək olmaz. Çünki onların hibrid olma ehtimalı yüksəkdir. Daha kiçik ölçülü xurmalar isə adətən daha təbii və faydalı hesab olunur. Buna təkcə quru meyvələr yox, qurudulmuş tərəvəzlər də daxildir. Məsələn, Matsutake göbələyi. Bax, bu Matsutake göbələyinin kilosu 1000 dollar, hətta 2000-3000 dollar arasında dəyişir. Eyni zamanda trüfel (truffe) göbələyi də var. Trüfel göbələyi də çox bahadır. Əgər qurudulmuş meyvə-tərəvəzlərdən söhbət gedirsə, quru meyvələr, qoz-fındıq kimi məhsullar da buna daxildir. Yəni həm qurumuş, həm də qurudulmuş məhsullar nəzərdə tutulur. Bəs bu göbələklərin qiyməti niyə artır? Təzə halda bir qədər ucuz ola bilər. Amma qurudulduqda ciddi çəki itkisi baş verir. Göbələklər 80-90 faiz su itirir. Bu səbəbdən də çəkisi azalır və nəticədə qiyməti artır. Ona görə də bu məhsulların kilosu 1000, 2000, hətta 3000 dollara qədər satıla bilir. Trüfel göbələyindən yağ da əldə olunur. Həmçinin özü də qurudularaq satılır və bu formada daha da bahalaşır. Digər nümunə kimi quzuqarnı göbələyini göstərmək olar. Bu göbələk Azərbaycanda da var, lakin əlçatanlığı çox məhduddur. Mövsümündə belə onu tapmaq çətindir. Əsasən kəndlərdən və rayonlardan əldə olunur. Yığımı çətin olduğu üçün qiyməti də yüksək olur”.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 30 Aprel 2026 22:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see379

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see310

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see309

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see269

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see253

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see205

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see198

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see185

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see184

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see183

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see175

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see172

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see171

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see170

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see169

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see168

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see167

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see167

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see167

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri