Icma.az
close
up
RU
Kilsə Paşinyanı devirmək üçün açıq şəkildə proseslərə qoşulub Deputat

Kilsə Paşinyanı devirmək üçün açıq şəkildə proseslərə qoşulub Deputat

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistanda kilsə konkret olaraq siyasi proseslərə və bilavasitə baş nazir Nikol Paşinyanı devirməklə bağlı açıq şəkildə işlərə qarışıb. Ötən il arxiyepiskop Baqrat Qalstanyan proseslərə rəhbərlik edirdi, katolikos özünü kənarda saxlayırdı, ancaq bütün təlimatlar kilsədən alınır, yığıncaqlar hamısı kilsələrdə keçirilirdi.

Bu barədə 525.az-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov baş nazir Nikol Paşinyanla Erməni Apostol Kilsəsinin rəhbəri, bütün ermənilərin katolikosu II Qaregin arasındakı gərginliyi şərh edərkən bildirib.

Onun sözlərinə görə, indi də hücum hazırlanır, özü də bilavasitə Moskvadan idarəolunaraq, Paşinyan da siyasi mübarizəsini aparır. Amma hazırda kilsənin əli ilə kimisə hakimiyyətə gətirmək iqtidarında deyillər:

“Həmin qüvvələr anlayırlar ki, parlamentdə Paşinyana qarşı təzyiq edib, onu impiçmentə məruz qoymaq mümkün deyil. Bunun üçün küçələrə 100-200 min adam toplanmalıdır. Bu vaxta kimi göstərdikləri bütün səylərə baxmayaraq, 10-15 mindən artıq tərəfdaş toplaya bilməyiblər. İndi də Paşinyanın əleyhdarları ilə bağlı əminlik yoxdur.  Yəni, Paşinyanın nüfuzu xeyli aşağı düşsə də, ancaq onun üzdə olan rəqibləri Serj Sarkisyanın, Robet Köçəryanın nüfuzları ümumiyyətlə 1-2 faiz arasındadır. Alternativ namizəd yoxdur.  Onlar alternativ tapmayana qədər, düşünürəm ki, Paşinyanı devirə bilməyəcəklər. Amma istisna etmirəm ki, Moskvanın məqsədi ikibaşlıdır. Mümkün olarsa, Paşinyanı devirmək, əks halda elə bir təzyiq təşkil etmək ki, məcbur olub Moskvanın ayağına getsin. Məsələ bundan ibarətdir”.

Politoloq hesab edir ki, Nikol Paşinyan əvvələr özünü daha arxayın aparırdı, bu, ilk növbədə onun insanlardan aldığı dəstəyin nəticəsi idi, amma indi dediyim kimi, nüfuzu aşağı düşüb, öz dəsətəyini itirəndən sonra onu nə Fransa prezidenti Makron, nə də Avropa İttifaqından kimsə xilas edə biləcək:

“Paşinyan çalışır ki, öz mövqeyini möhkəmləndirsin. Polisin rəhbərini dəyişdi, Konstitusiya Məhkəməsi, Ali Məhkəmədə dəyişikliklər edir ki, inzibati nəzarəti ilə aşağı düşən nüfuzunu kompensasiya etsin. Bunu nə dərəcədə bacaracaq, nəzəri cəhətdən cavab vermək mümkün deyil, bu gərək sınaqdan keçsin”.

Ermənistan liderinin kilsəni siyasətdən kənarda tutmağa nail ola biləcəyinə gəlincə, R.Musabəyova görə, bunun üçün gərək Paşinyan kilsənin rəhbərliyini dəyişsin:

“Özü də bir nəfəri deyil, demək olar ki, ordakıların hamısı çirkab içindədirlər. Kilsə təmiz qalsın, kimlərsə çirkab içində olsun, yox, onlar hamısı dəllallıqla, bizneslə məşğuldurlar, özəl həyatları da heç də nümunəvi deyil. Bunlar hamısı göz qabağındadır. Paşinyanın özünün də həyat yoldaşı ilə nə qanuni nikahları, nə də kilsədə nikahları var. Kilsə onu ənənələri pozmaqda ittiham etməyə başlayanda, ailəsinin nümunəvi olmadığını deyəndə, o cavabında öz əks arqumentlərini ortaya qoyaraq, bildirdi ki, əslində onların nə həyat yoldaşları, nə uşaqları olmalıdır. Amma qanunsuz olaraq qadınları da, uşaqları da var. Bunun nəticəsində onsuz da insanların arasında nüfuzu yüksək olmayan kilsənin nüfuzu bir az da aşağı düşəcək”.

R.Musabəyov əlavə edib ki, baş verənlərin bizim üçün heç bir təhlükəsi yoxdur: “Başları özlərinə nə qədər çox qarışsa, o qədər  yaxşıdır. Ermənistan bu gün Azərbaycan üçün rəqib deyil. Bu gün Ermənistan bir toplum kimi sülhdə maraqlı olmalıdır. Onların iqtisadiyyatları Azərbaycanla müqayisədə çox kiçik və zəifdir. Hərbi sahədə bizimlə yarışmaq istəyi ona gətirib çıxarır ki, büdcə imkanları məhdudlaşır, hansısa sosial proqramlar ləğv olunur. Bu bir tərəfdən, o biri tərəfdən anlayırlar ki, nə qədər dəridən, qabıqdan çıxsalar da, Rusiya öz himayəsini dayandırdığı, əlini çəkdiyi halda, çınqırlarını belə çıxara bilməzlər. Bir tərəfdə Türkiyə, digər tərəfdə Azərbaycan. Sülh onlara Azərbaycandan daha vacibdir. Türkiyə ilə sərhədlərinin açılmasını istəyirlər. İndi bütün ümidlərini ona bağlayırlar ki, ABŞ, Avropa İttifaqı Azərbaycandan ciddi təkid edəcək ki, sülh müqaviləsi imzalansın və bölgədə sülh olsun. Azərbaycanın müəyyən tələbləri var, götür-qoy etsinlər, ancaq hər bir halda Ermənistandakı daxili vəziyyət Azərbaycan üçün o dərəcədə vacib də deyil, sülh sazişini imzalamaqla bağlı da bizi tələsməyə heç nə vadar etmir”.

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:202
embedMənbə:https://525.az
archiveBu xəbər 05 İyun 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see331

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see323

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see312

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see299

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see296

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see265

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see254

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see252

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see234

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see233

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see232

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see227

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see216

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see214

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see197

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see186

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see170

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see165

Rəşad Mahmudov: Struktur dəyişiklikləri səhiyyə siyasətinin məntiqi davamıdır

19 Oktyabr 2026 20:17see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri