Icma.az
close
up
RU
Kilsədən doğum nisbətini artırmaq üçün sadə bir üsul..?

Kilsədən doğum nisbətini artırmaq üçün sadə bir üsul..?

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Deyirsiniz yəni ayının min oyunu bir armudun başındadır..?

...Hə, gərək ki, bunu o gün deyəcəkdim, amma, ola bilər yadımdan çıxarmışam...

Deməli, bir neçə gün bundan əvvəl ruslar “Ailə, sevgi və sədaqət günü” adlı xudmani bir toplantı keçiriblər.

SİA-nın məlumatına görə, toplantıda Ryazan Metropoliti çıxış edərək, ailə dəyərlərinin qorunması və ölkədə demoqrafik vəziyyət mövzusuna toxunub.

Deyim ki, Siz də inanın, deməli, ayının min oyunu bir armudun başındadır. Yəni ruslar neçə vaxtdır ki, nəsil artırmaq üçün min hoqqadan çıxırlar və hələ ki... dartıb-dartıb bir yerə çıxara bilməyiblər.

Amma, deyəsən Rus Pravoslav Kilsəsi doğum nisbətini artırmaq üçün sadə bir üsul tapıb.

Mən demişdim axı...

...Yenə deməli, Ryazan yeparxiyasının rəhbəri çıxışına əvvəl bədbin başlayaraq qeyd edib ki, müasir şəraitdə ailə institutu böhran və əhəmiyyətini itirmək təhlükəsi ilə üz-üzədir.

O, vurğulayıb ki, müqəddəs Peter və Fevroniya nümunəsi əsrlər keçsə də, aktual olaraq qalır - onların həyatı xristianlığın sədaqət, məhəbbət və fədakarlıq ideallarını əks etdirir.

Keşişin fikrincə, yalnız nikahın bu cür mənəvi əsaslarına qayıdış ruslara demoqrafik çətinlikləri, o cümlədən doğum nisbətinin azalmasını dəf etməyə imkan verə və bu Rusiyanın dirçəlişinin açarı ola bilər.

...Görəsən buna görə, keşişə, bizdəki kimi “halal olsun” demək olar? Axı, tapıntı, doğrudan da gözəl tapıntıdır. Mən deyərdim ki, lap təqdir olunmalıdır...

Keşiş, həmçinin nikaha daxil olan gəncləri ailə həyatını məsuliyyət və xristian qanunlarına sadiqlik ilə dolu bir yol kimi qəbul etməyə də çağırış edib.

...Keşiş demişkən, deyəsən, halal keşişə oxşayır. Yox ey, ona görə demirəm, sadəcə olaraq qadınları uşağa qalmaq üçün kilsədə gecələməyə çağırmadığı üçün deyirəm...

Əli Babayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://sia.az
archiveBu xəbər 11 İyul 2025 19:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri