Kim Çen In dan Putin və rus xalqına başsağlığı
Icma.az, Dogru.az portalına istinadən məlumatı açıqlayır.
Şimali Koreya lideri Kim Çen In Amur vilayətində An-24 sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində Rusiya Prezidenti Vladimir Putinə, rus xalqına və həlak olanların ailələrinə başsağlığı verib.
Doğru.az xəbər verir ki, bu barədə məlumatı Koreya Mərkəzi Teleqraf Agentliyi yayıb.
Kim Çen In teleqramında qeyd edib ki, Koreya Xalq Demokratik Respublikası xalqı “qardaş rus xalqı ilə bu ağır anda dərdini və kədərini bölüşür”.
“Səmimi olaraq arzulayıram ki, Sizin rəhbərliyiniz altında Rusiya hökuməti və xalqı bu itkinin ağrısını dəf etsin”, – deyə teleqramda vurğulanır.
Xatırladaq ki, daha əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko da rusiyalı həmkarına başsağlığı vermişdi.
DOĞRU.AZ

Putin və Kim Çen In müzakirə APARDI
12 Avqust 2025 21:24
Putin Kim Çen In ilə telefonla danışdı
12 Avqust 2025 22:30
Kim Çen In və Putin arasında telefon danışığı baş tutub
13 Avqust 2025 10:58
Vladimir Putin və Kim Çen In Pekində bir araya gələcək
28 Avqust 2025 12:42
Kim Çen In Putin üçün nəhəng hərbi zavod tikir..?
24 İyun 2025 18:05

