Kim Çen In müdafiə nazirini dəyişdi KONKRET
Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Şimali Koreyada yüksək səviyyəli hərbi kadr dəyişikliyi baş verib.
KONKRET.az xəbər verir ki, ölkənin müdafiə naziri No Qvan Çhol vəzifəsindən azad edilib və Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin Müdafiə Sənayesi Şöbəsi rəhbərinin birinci müavini təyin olunub.
Bu barədə Şimali Koreyanın dövlət xəbər agentliyi KCNA məlumat yayıb.
Qərar avqustun 29-da Pxenyanda ölkə lideri Kim Çen Inın rəhbərliyi ilə keçirilən Koreya Fəhlə Partiyasının Mərkəzi Hərbi Komissiyasının IX çağırışının II iclasında qəbul edilib.
No Qvan Çhol müdafiə naziri postundan əlavə, partiyanın mərkəzi rəhbərliyindəki vəzifəsindən də geri çağırılıb.
Onun yerinə Koreya Xalq Ordusunun Baş Siyasi İdarəsinin rəisi Kim Son Gi müdafiə naziri təyin edilib.
KCNA-nın məlumatına görə, iclasda ölkənin gələcək müdafiə işlərinin təkmilləşdirilməsi və inkişafı üçün struktur dəyişiklikləri də müzakirə olunub. Hərbi rəhbərlikdəki dəyişikliklər Şimali Koreyanın ordunun modernləşdirilməsi və müdafiə potensialının gücləndirilməsinə yönəlmiş siyasəti fonunda baş verib.
Qeyd edək ki, No Qvan Çhol 2024-cü ilin oktyabrından müdafiə naziri vəzifəsini tuturdu. O, daha əvvəl 2018–2019-cu illərdə də Şimali Koreyanın müdafiə qurumuna rəhbərlik edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 30 Avqust 2026 10:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















