Icma.az
close
up
RU
Kim Çen In ordusunu bu ölkəyə yeridir Müharibədə yeni mərhələ

Kim Çen In ordusunu bu ölkəyə yeridir Müharibədə yeni mərhələ

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İndiyədək yalnız Rusiyanın Kursk vilayətindəki döyüşlərdə iştirak edən, itkilər verən və hətta əsir düşən Şimali Koreya hərbçiləri ilk dəfə olaraq bilavasitə Ukrayna ərazisindəki cəbhə xəttinə cəlb oluna bilər.

"AzPolitika" xəbər verir ki, Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya müharibədə istifadə etmək üçün KXDR-dən daha 30 000 nəfərlik əlavə hərbi kontingent qəbul etməyə hazırlanır. “The National Interest” nəşrinin yazdığına görə, bu məqsədlə artıq Voronej vilayətində lazımi logistik infrastruktur yaradılır.

Nəşr xatırladır ki, Pxenyan bundan əvvəl Rusiyaya 11-14 min civarında hərbçi göndərmişdi. Lakin həmin qüvvələr yalnız Rusiya ərazisində – Kursk vilayətindəki döyüşlərdə yerləşdirilmişdi. Yeni plan gerçəkləşərsə, bu, Şimali Koreya bölmələrinin birbaşa Ukraynanın suveren ərazisindəki hərbi əməliyyatlara qoşulduğu ilk hal olacaq.


Ekspertlərin qiymətləndirməsinə görə, Moskva ölkə daxilində yeni miqyaslı səfərbərlikdən yayınmaq üçün Pxenyanın canlı qüvvəsinə ehtiyac duyur. Kim Çen In rejimi isə bunun müqabilində Rusiyadan maliyyə dəstəyi, yanacaq, ərzaq, müasir hərbi texnologiyalar və ordusu üçün real döyüş təcrübəsi əldə etməyi hədəfləyir. “The National Interest” vurğulayır ki, proses faktiki olaraq “canlı qüvvə müqabilində pul və texnologiya” sövdələşməsinə çevrilib.

Bununla yanaşı, Şimali Koreya bölmələrinin Rusiya ordusuna inteqrasiyasının dil baryeri, logistika və təşkilati çətinliklərlə müşayiət olunacağı, bu qüvvələrin döyüş effektivliyinin isə sual altında qaldığı bildirilir. Lakin on minlərlə yeni hərbçinin cəbhəyə yerləşdirilməsi ehtimalı Moskva-Pxenyan hərbi oxunun daha da möhkəmləndiyini və Ukraynadakı münaqişənin getdikcə daha geniş beynəlxalq miqyas aldığını göstərir.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:246
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 28 İyul 2026 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see742

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see573

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see323

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see317

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see286

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see284

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see278

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see273

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see272

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see268

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see268

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see267

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see265

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see246

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see231

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see227

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see220

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see215

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see200

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri