Kim Çen In: Şimali Koreyanın müharibəyə tam hazırlığını təmin etmək lazımdır
Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Şimali Koreya lideri Kim Çen In ordunu ölkənin müharibəyə tam hazır olmasını təmin etməyə çağırıb. “Report” xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
Kim Çen In Koreya Xalq Ordusunun batalyonlarının siyasi komandirləri və siyasi təlimatçılarının görüşündə çıxış edib. Siyasətçi çıxışında “düşmən qüvvələrin, o cümlədən ABŞ və marionet Koreya Respublikasının təhdid xarakterinə” işarə edib. KXDR liderinin sözlərinə görə, Vaşinqton və Seul Koreya yarımadasında tarixin ən gərgin vəziyyəti yaradıb.
“O, müxtəlif səviyyələrdə silahlı qüvvələrimizə inqilabın diktəsi və mövcud vəziyyət əsasında müharibə hazırlığını yaxşılaşdırmaq üçün hər cür səy göstərməklə bağlı döyüş şüarı irəli sürüb”, - agentliyin məlumatında deyilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 18 Noyabr 2024 08:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















