Kim Çen In vitse premyeri ictimai şəkildə tənqid edərək vəzifəsindən azad edib
Icma.az, Oxumeni.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
KXDR lideri Kim Çen In baş nazirin müavini Yan Sın Hounu ictimai şəkildə tənqid edərək onu vəzifəsindən azad edib. Bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) məlumat yayıb.
Renson Maşınqayırma Birliyində yenidənqurma və modernləşdirmə işlərinin birinci mərhələsinin istismara verilməsi mərasimində Kim Çen In diqqət çəkib ki, Rensonmaşın modernləşdirilməsinin birinci mərhələsi zamanı "məsuliyyətsiz, kobud və bacarıqsız rəhbər işçilər səbəbindən həddindən artıq süni xaos" yaranıb ki, bu da çətinliklərə və xeyli iqtisadi ziyana səbəb olub.
Kim Çen In vurğulayıb ki, hazırkı təsərrüfat rəhbərliyi qüvvələri ölkədə sənayenin ümumilikdə nizamlanmasına və texniki yenidənqurmasına hazır deyil. Onun sözlərinə görə, "uzun müddət məğlubiyyətçiliyə, məsuliyyətsizliyə və passivliyə öyrəşmiş" şəxslərə etibar etməyi dayandırmaq lazımdır. O, Yan Sın Hounu yerindəcə vəzifəsindən azad edib.
“The Chosun Daily”-nin məlumatına görə, Yan Sın Hou maşınqayırma sənayesinə nəzarət edirdi.
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 20 Yanvar 2026 11:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















