Icma.az
close
up
RU
Kim Çen Inın xələfi kim olacaq?

Kim Çen Inın xələfi kim olacaq?

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Şimali Koreya lideri Kim Çen Inın beyin qanaxması keçirdiyi, komaya düşdüyü və müalicə üçün Çinə aparıldığı barədə yayılan iddialardan sonra onun vəfat etdiyi də irəli sürülüb.

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, Çin Demokratiya Partiyasının sədri kimi tanınan Vancun Sye sosial şəbəkədəki paylaşımında Kim Çen Inın öldüyünü iddia edib. O, bu barədə “X” hesabında məlumat yayıb.

Sosial şəbəkələrdə sürətlə yayılan ölüm xəbəri hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib. Şimali Koreya və Çin rəsmiləri də məsələ ilə bağlı hər hansı rəsmi açıqlama verməyiblər. Britaniyanın “The Sun” qəzetinin gündəmə gətirdiyi məlumatlarda Kim Çen Inın beyin qanaxması keçirdiyi və vəziyyətinin ağırlaşması nəticəsində komaya düşdüyü iddia olunurdu. Şimali Koreyada tibbi imkanların məhdudluğu səbəbindən ölkə liderinin müalicə üçün Çinin paytaxtı Pekinə aparıldığı da irəli sürülmüşdü.

Kim Çen Inın öldüyü ilə bağlı təsdiqlənməmiş xəbərlər Şimali Koreyada mümkün hakimiyyət dəyişikliyi məsələsini də gündəmə gətirib.
Ölkənin idarəçiliyini kimin üzərinə götürə biləcəyi müzakirə olunarkən liderin bacısı Kim Yo Conq və 13 yaşlı qızı Kim Cu Aenin adları ön plana çıxıb.
Şimali Koreya Fəhlə Partiyasının rəhbərliyində mühüm vəzifələr tutan Kim Yo Conq, xüsusilə Cənubi Koreyaya qarşı sərt bəyanatları və ölkə rəhbərliyindəki nüfuzu ilə tanınır.

Kim ailəsinin ölkədəki siyasi gücü nəzərə alınarsa, mümkün hakimiyyət dəyişikliyi zamanı onun adı potensial varislər arasında çəkilir. Bununla belə, Kim Yo Conqun rəsmi şəkildə varis elan edildiyinə dair heç bir açıqlama yoxdur. Kim Çen Inın qızı Kim Cu Ae isə son illərdə atasının müşayiəti ilə qatıldığı hərbi mərasimlər və rəsmi tədbirlər sayəsində diqqət çəkir. O, ilk dəfə 2022-ci ilin noyabrında raket sınağı zamanı ictimaiyyətə təqdim edilib.
Sonrakı dövrdə hərbi paradlarda və silah istehsalı müəssisələrinə səfərlər zamanı da atasının yanında görüntülənib.

Cəmi 13 yaşında olduğu bildirilən Kim Cu Aenin dövlət tədbirlərində getdikcə daha çox görünməsi onun gələcəkdə ölkə rəhbərliyinə hazırlanması ilə bağlı ehtimallara yol açıb. Lakin Şimali Koreya rəhbərliyi onu da rəsmi şəkildə varis elan etməyib. Qeyd edək ki, Kim Çen In 2020-ci ildə təxminən üç həftə ərzində ictimaiyyət qarşısına çıxmadığı üçün oxşar iddiaların hədəfinə çevrilmişdi.

Həmin vaxt onun səhhətinin ağırlaşdığı və hətta vəfat etdiyi barədə şayiələr yayılmışdı. Lakin Şimali Koreya lideri daha sonra zavodun açılış mərasimində görüntülənərək bu iddiaları təkzib edən şəkildə yenidən ictimaiyyət qarşısına çıxmışdı.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Oktyabr 2026 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see350

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see340

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see331

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see322

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see317

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see311

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see303

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see292

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see285

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see281

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see254

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see238

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see234

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see225

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see222

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see217

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see193

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see190

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri