Kim Çen Putini təbrik etdi və “Hazırıq” dedi...
Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Şimali Koreya lideri Kim Çen İn Rusiya Prezidenti Vladimir Putini Qələbə Günü münasibətilə təbrik edib.
Axar.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.
“İcazə verin, misilsiz cəsarət və yüksək vətənpərvərliklə faşizmi darmadağın edən və bəşəriyyətin azadlığı naminə Yer üzündə sülhü və təhlükəsizliyi qoruyan əvvəlki nəslin veteranlarına dərin hörmətimi bildirim”, - təbrikdə bildirilib.
KXDR lideri həmçinin ölkəsinin “iki dövlət arasında müttəfiq xarakterli hərtərəfli strateji tərəfdaşlığa böyük əhəmiyyət verdiyini” vurğulayıb:
“KXDR hökumətinin mövqeyini bir daha təsdiqləyirəm. Ölkələrimiz arasında strateji tərəfdaşlığa son dərəcə əhəmiyyət verməyə, onu davamlı olaraq möhkəmləndirməyə və inkişaf etdirməyə hazırıq. Sizi bir daha əmin edirəm ki, KXDR ilə Rusiya Federasiyası arasında bağlanmış müqavilə öhdəliklərini yerinə yetirmək üçün həmişə məsuliyyət daşıyacağıq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 09 May 2026 13:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















