Kim Çendən Rusiyaya “qeyd şərtsiz dəstək”
Milli.az saytına istinadən Icma.az xəbər verir.
Şimali Koreya lideri Kim Çen In Ukrayna ilə müharibədə Rusiyaya "qeyd-şərtsiz dəstək" göstərməyə hazır olduğunu açıqlayıb.
Milli.Az xəbər verir ki, Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, Kim bu bəyanatı Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Pxenyanda keçirilən görüş zamanı verib. Görüş iki ölkə arasında strateji əməkdaşlığın ikinci raundu çərçivəsində baş tutub.
Kim bildirib ki, "Moskva administrasiyasının Ukrayna böhranının əsas səbəblərini aradan qaldırmaq üçün gördüyü bütün tədbirləri şərtsiz dəstəkləməyə və təşviq etməyə hazırdır".
O, həmçinin Şimali Koreya ilə Rusiya arasında imzalanmış sazişin müddəalarına sadiq qaldıqlarını vurğulayıb.
Görüşdə tərəflər strateji məsələlərdə ortaq mövqedə olduqlarını təsdiqləyib və ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi əzmini ortaya qoyublar.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 14 İyul 2025 19:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















