Icma.az
close
up
RU
Kim güclüdür, o da haqlıdır: TDT üçün təhlükəsizlik çağırışı

Kim güclüdür, o da haqlıdır: TDT üçün təhlükəsizlik çağırışı

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Hazırda dünya düzənində olduqca mürəkkəb və eyni zamanda təhlükəli proseslər baş verir. Qlobal məkanda müşahidə olunan bu proseslər milli dövlətləri, həmçinin dövlətlərin təmsil olunduğu birlikləri daha ehtiyatlı, daha ayıq-sayıq olmağa və strateji baxımdan düşünülmüş addımlar atmağa vadar edir”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri Nadir Azəri deyib.

Onun fikrincə, bu baxımdan Türk dünyasının vahid mərkəzi hesab olunan Türk Dövlətləri Təşkilatının (TDT) üzərinə də mühüm və məsuliyyətli vəzifələr düşür.

N.Azəri deyib ki, əgər Türk Dövlətləri Təşkilatı formalaşmaqda olan yeni dünya düzənində qlobal aktorlardan biri olmaq iddiasındadırsa, ilk növbədə təşkilatda təmsil olunan üzv dövlətlərin təhlükəsizliyinin təmin olunması istiqamətində konkret və sistemli addımlar atılmalıdır:

“Bu istiqamətdə əsas prioritetlərdən biri türk dövlətləri arasında hərbi əməkdaşlığın qurulması, yaxud da daha da gücləndirilməsi, birgə hərbi təlimlərin keçirilməsi, eləcə də perspektivdə TDT-nin ümumi müdafiə mexanizmlərinin formalaşdırılması ola bilər. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibəsində bu məsələyə xüsusi diqqət ayırıb. Dövlət başçısı bildirib ki, o, Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilmiş Sammitindəki çıxışında da bu mövzunu xüsusi olaraq önə çəkib. Söhbət TDT çərçivəsində türk dövlətləri arasında hərbi əməkdaşlığın genişləndirilməsindən və birgə hərbi təlimlərin mütəmadi şəkildə keçirilməsindən gedir”.

Müsahibimiz qeyd edib ki, Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, dünyadakı proseslər o istiqamətdə gedir ki, hər bir ölkə ilk növbədə öz hərbi potensialını, təhlükəsizliyini gücləndirməlidir. Buna görə də dövlətimizin başçısı müsahibə zamanı ötən il Qəbələ Sammitindəki çıxışında Azərbaycanda üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsi təklifini verdiyini xatırladaraq bəyan edib ki, buna ehtiyac var:

“Qeyd edildiyi kimi Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda hərbi təlimlər keçirir. Təbii ki, ən çox Türkiyə ilə, amma digər ölkələrlə də. Ancaq birgə hərbi təlimlərin keçirilməsində həm böyük rəmzi məna ola bilər, eyni zamanda, praktik nöqteyi-nəzərdən buna ehtiyac var”.

N.Azəri deyib ki, dövlət başçısının bu mövzuya dəfələrlə qayıtması son dərəcə vacib və həyati əhəmiyyət kəsb edir:

“Dövlət başçısı Yeni il bayramı ilə əlaqədar Azərbaycan xalqına təbrikində də demişdi ki, bugünkü dünya belədir: kim güclüdür, o da haqlıdır. Məhz bu baxımdan müasir çağırışlar fonunda türk dövlətləri üçün əsas prinsip birlik içində olmaq və bu birliyi real gücə çevirməkdir. Güclü olmaq isə yalnız siyasi bəyanatlarla deyil, təhlükəsizlik, müdafiə və koordinasiyalı fəaliyyət mexanizmlərinin yaradılması ilə mümkündür”.

Nadir Azəri: Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı uğurlu model kimi TDT çərçivəsində genişləndirilməlidir

Həmsöhbətimiz vurğulayıb ki, bu baxımdan Prezident İlham Əliyevin sözügedən mövzuya toxunması bütün Türk dünyası üçün ciddi bir çağırış və eyni zamanda xəbərdarlıq siqnalı kimi qiymətləndirilməlidir.

N.Azəri onu da qeyd edib ki, hərbi əməkdaşlıq baxımından Azərbaycan-Türkiyə hərbi müttəfiqliyi formatında ortada bir nümunə də var:

“Deməli, dövlət başçısının da bəyan etdiyi kimi yaxşı olardı ki, ailəmiz olan türk dövlətləri bu istiqamətdə də əməkdaşlığa başlasınlar. Bir sözlə, hesab edirəm ki, zaman itirmədən Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı uğurlu model kimi əsas götürülməli, bu təcrübə TDT çərçivəsində genişləndirilməlidir. Təkcə ikitərəfli deyil, çoxtərəfli hərbi əməkdaşlıq sazişləri imzalanmalı, birgə təlimlər sistemli xarakter almalı və vahid müdafiə mexanizmləri mərhələli şəkildə formalaşdırılmalıdır. Unutmaq olmaz ki, atılacaq bu addımlar Türk dünyasının təhlükəsizliyinin təmin olunmasına, beynəlxalq arenada nüfuzunun artmasına və yeni dünya düzənində söz sahibi olmasına real zəmin yaradacaq”.

Nərgiz Məmmədli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 07 Yanvar 2026 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri