Icma.az
close
up
RU
Kim kənarda qalacaq: “Araz Naxçıvan”, “Sabah”, yoxsa “Turan Tovuz”?

Kim kənarda qalacaq: “Araz Naxçıvan”, “Sabah”, yoxsa “Turan Tovuz”?

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Misli premyer-liqasında 27-ci tura yekun vuruldu. Bu o deməkdi ki, 3-cü dövrə geridə qaldı və komandaları qarşıda həlledici mərhələ gözləyir: son dövrə, mümkün 27 xal və premyer-liqada qalmaq uğrunda mübarizə aparanlarla avrokuboklara yollanmaq istəyənlər üçün hər biri finala bərabər 9 matç!

Kimin istəyinə çatacağını hələ bilmirik. Amma 3-cü dövrə çərçivəsində baş tutan matçlar mövsümün yekunları haqda müəyyən fərziyyələr yürütməyə, gözlənilən nəticələrin cizgilərini cızmağa əsas verir. Əsas məsələlərdən biri premyer-liqanı tərk edəcək komandanın kimliyidi ki, bu yöndə ən real namizəd “Səbail”di. Düzdü, biz bunu hələ Cavid Hüseynov baş məşqçi postuna gətirələcəyi yönündə xəbərlər yayılanda demişdik. Lakin nə mütəxəssis sözə qulaq asdı, nə də “Səbail”in söz sahibləri. İndi “dənizçilər” Elvin Məmmədovun bilik və bacarıqlarına arxalanacaq ki, bunun da nəyəsə yarayacağına inanmaq çətin məsələdi.
Hər halda, sonuncu pillənin sahibinə böyük ölçüdə aydınlıq gəlib. Hələ ki bu yöndə xüsusi təhlillər aparmağa ehtiyat yoxdu. Yalnız 9-cu sırada qərarlaşan və Bayıl təmsilçisindən 5 xal irəlidə olan “Kəpəz” büdrəyəcəyi, “Səbail” isə xal ehtiyatını artıracağı halda mövzuya qayıtmaq olar. İndi diqqəti avrokuboklar uğrunda mübarizə aparan komandalara yönəltmək vacibdi ki, “Qarabağ”la “Zirə”ni bu mövzudan kənarda saxlamalıyıq. Ona görə ki, həm Qurban Qurbanovun, həm də Rəşad Sadıqovun komandası sabit nəticələr qazanır və ilk iki pilləni əldən vermək niyyətində deyil. Bəs, qalan iki komanda hansı olacaq? Bax, indi məhz bu məsələ futbol ictimaiyyəti üçün çox maraqlıdı.
Daha detallı danışaq. İki vəsiqə uğrunda mübarizə aparan üç komanda “Araz-Naxçıvan”, “Sabah” və “Turan Tovuz”du. Təbii ki, burda söhbət məhz çempionat yoluyla Avropa meydanlarında döyüşməkdən gedir. Belədə komandaların 3-cü dövrədə qazandığı nəticələrə diqqət yetirmək yerinə düşər. Belə ki, son 9 oyunda “qırmızı-ağlar” 8, “bayquşlar” 9, “bozqurd” 11 xal qazanıb. Amma rəqəmlər sizi aldatmasın. “Turan Tovuz” Muxtar Respublika və Masazır təmsilçilərinin ölkə kubokunda da mübarizəsinin davam etdiyini nəzərə almalı və daha çox xal qazanmalıydı. Kurban Berdıyevin yetirmələri qeyri-sabit nəticələr üzündən buna nail ola bilmədi və işini xeyli çətinləşdirdi. “Qırmızı-ağlar” ilk iki dövrədə qazandığı xallar sayəsində bir pillə gerilədisə, “Sabah” yalnız ölkə kubokuna bel bağlayacaq hala düşdü.
Ümumiyyətlə, komandaların şanslarını dəyərləndirmək çətindi. Demək olar ki, qüsursuz heyətə malik “bayquşlar” təcrübəsiz Vasili Berezutskinin, həm kasad, həm də fiziki və psixoloji çatışmazlıqlarla zəngin “bozqurd” isə böyük təcrübəyə malik Kurban Berdıyevin sərəncamındadı. Bu baxımdan “Araz-Naxçıvan”ı fərqləndirə bilərik. Bacarıqlı futbolçuların şərəfini qoruduğu komandanı Berdıyev qədər olmasa da, təcrübəli Elmar Baxşıyev çalışdırır. İş orasındadı ki, burda da zədəli və cəzalı futbolçuların çoxluğu kollektivin tam potensialını sərgiləməsinə imkan vermir. Əlbəttə, bu amillər adı çəkilən komandaların uğurlarının davamlı olmasına əngəl yaradır. Bu üzdən əvvəlki nəticələrdən tutarlı dəlil kimi bəhs etmək faydasız görünür. O başqa məsələ ki, Muxtar Respublika təmsilçisini “Sabah” və “Turan Tovuz”a nisbətən şanslı saymaq olar.
Fərqli baxış bucağına da ehtiyac duyduğumuzdan hadisələrin axarını yaxından izləyən təcrübəli mütəxəssis, yığmanın sabiq məşqçisi Arif Əsədovun da fikirlərini öyrəndik:

“Araz-Naxçıvan”ın enişi zədəli və cəzalı futbolçularının çoxluğu ilə bağlıdı. Elmar Baxşıyev əsas oyunçularının xidmətindən yararlana bilmədi. Təbii ki, belə ciddi çatışmazlıq özünü göstərməliydi. Komanda bu üzdən xal ehtiyatını xeyli xərclədi. Amma “qırmızı-ağlar”ın fasilədə toparlanacağına inanıram. Naxçıvanlılar mövsümü ilk “üçlük”də bitirəcək və avrokuboklara yollanacaq. “Turan Tovuz” isə “Sumqayıt”a uduzmaqla işini xeyli çətinləşdirdi. Bilindiyi kimi, avrokuboklara yollanacaq 4-cü komandanın adı kubokun qalibinin kimliyindən asılıdı. Görünür, tovuzluların bir şansı qalıb. O da 4-cü yeri qorumaq və “Qarabağ”ın ölkə kubokunu qazanması. Düzü, belə uğursuzluğun səbəbini məhz baş məşqçi Kurban Berdıyevdə görmək doğru olmaz. Məncə, yeni transferlərdən düzgün istifadə olunmur. Yalnız Rəhim Sadıxov özünü yaxşı tərəfdən göstərə bilir. Qalanları da toparlanmalıdı ki, komanda güclənsin. “Turan Tovuz” tam heyətlə mübarizə aparmasa, işi çox çətin olacaq. Onsuz da Otto Conun ayrılması komandaya çox pis təsir etdi. O, Aleks Souza ilə birlikdə çox gözəl çıxış edirdi. Hər halda, qarşıda hələ xeyli oyun var. Bu yöndə dəqiq danışmaq olmur. “Sabah”a gəlincə, bu kollektivin ölkə kubokuna kökləndiyi bariz görünür. Vasili Berezutski premyer-liqa oyunlarında rotasiyalar edir, həlledici matçlar üçün optimal heyəti təyin etməyə çalışır. Komanda ölkə kubokunda mübarizəni dayandırsa, avrokuboklara yollana bilməyəcək. Çempionatda isə ən yaxşı halda 5-ci pillədə olacaqlar. Onlar üçün burda hansısa təhlükə yoxdu. Yalnız “Neftçi” onlara çata bilər ki, “Sabah” üçün 5 və ya 6-cı pillədə olmaq o qədər də vacib deyil”.

KƏNAN BAHADIR
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 25 Mart 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see193

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see165

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see160

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see150

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see149

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see149

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see149

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see134

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see134

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see132

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see131

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see127

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see127

Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi keçiriləcək

26 Dekabr 2025 19:06see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri