Icma.az
close
up
RU
Kim kimi idarə edir?: ABŞ İsrail münasibətlərinin gizli reallığı

Kim kimi idarə edir?: ABŞ İsrail münasibətlərinin gizli reallığı

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-nin İsrail üzərində təsiri düşünüldüyü qədər güclü deyil, əksinə, bəzən İsrailin siyasəti Vaşinqtonu fakt qarşısında qoyur.

Türkiyənin xarici işlər naziri Hakan Fidanın son açıqlaması ABŞ-İsrail münasibətlərində uzun illərdir davam edən ziddiyyətli reallığı açıq şəkildə göstərir. Bu fikir həm Vaşinqtonun regional strategiyalarında, həm də ABŞ daxili siyasətindəki güclü İsrail lobbisinin rolunda öz təsdiqini tapır.

ABŞ rəsmi olaraq İsrailin əsas strateji tərəfdaşıdır və hərbi, siyasi, diplomatik dəstəyi ilə bu münasibətləri möhkəmləndirir. Lakin praktiki müstəvidə çox vaxt qərarları Təl-Əviv verir, Vaşinqton isə həmin qərarların nəticələrini idarə etməyə çalışır. Qəzza və digər bölgələrdəki hərbi əməliyyatlarda İsrailin atdığı addımlar buna bariz nümunədir. ABŞ-nin humanitar fəsadlara görə üzləşdiyi beynəlxalq təzyiq, əslində, İsrailin müstəqil hərəkətlərinin nəticəsidir.

Digər tərəfdən, ABŞ daxilində İsrailə yönəlik güclü lobbi təsiri mövcuddur. Bu, Vaşinqton siyasətində İsrailin maraqlarını daim ön planda saxlayır. Yəni münasibətlər təkcə “ABŞ İsrailə təsir göstərir” xətti ilə yox, eyni zamanda “İsrail ABŞ-ın daxili və xarici siyasətinə yön verir” xətti ilə də xarakterizə olunur.

Beləliklə, Hakan Fidanın sözləri bu reallığı ifadə edir: ABŞ ilə İsrail arasında formal olaraq böyük güc-kiçik müttəfiq münasibətləri mövcud olsa da, əslində, tərəflər arasında qarşılıqlı asılılıq hökm sürür. İsrail öz təhlükəsizlik və regional maraqlarını prioritet tutur, ABŞ isə çox vaxt həmin kursa uyğunlaşmalı olur. Bu, Vaşinqton–Təl-Əviv xəttinin illərlə formalaşmış, lakin indi daha aydın görünən gizli arxitekturasıdır.

Ruslan Zəngəzur

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 19 Sentyabr 2025 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see346

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see304

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see297

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see287

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see271

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see265

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see265

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see253

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see246

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see242

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see242

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see235

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see233

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see229

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see223

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see223

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see217

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see215

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see209

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri