Icma.az
close
up
RU
Kim tənqid edir, özü bilər Xalq artisti

Kim tənqid edir, özü bilər Xalq artisti

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Xalq artisti Alim Qasımov müğənni Üzeyir Mehdizadə ilə birlikdə ifa etdiyi “Nəyindən narahatsan” adlı duetindən danışıb.

"Yeni Sabah" kulis.az-a istinadla xəbər verir ki, o, mahnının sözlərini, musiqisini bəyəndiyi üçün ifa edib:

“Üzeyir Mehdizadə bir mahnı var, musiqisini yazanda səni düşünmüşəm dedi. Əsas da mahnının sözləri ürəyimə yatdı”. pizza hut

A.Qasımovun sözlərinə görə, Üzeyir Mehdizadə ilə duetinin belə qarşılanacağını təxmin edirmiş: “Üzeyirlə duetimizin belə qarşılanacağı təxmin edirdim, amma bu qədər olacağını gözləmirdim. Ancaq bu da bir yenilikdir. Kim tənqid edir, özü bilər”.

Xanəndə Montrö festivalında iştirakından da danışıb. Xalq artisti qeyd edib ki, adıçəkilən festival çox maraqlı və yüksək səviyyədə keçirilib:

“Çox yaxşı musiqiçilər, böyük orkestr və gözəl dirijorumuz var idi. Tamaşaçılar da çox bəyəndilər, çox enerjili tədbir oldu. Həm gözəl məkan idi, həm də həmin məkana uyğun gözəl bir konsertimiz alındı”.

Xalq artisti son zamanlarda TV-lərdə tez-tez görünməməsinə də aydınlıq gətirib.

“Əvvəllər zəng olunan kimi gedirdim. Amma musiqiçi havası ilə dolanmır. Musiqiçi öz sənətini öyrənir, məşq edir, sonra ailəsini dolandırmaq üçün şərait olmayanda çox sönür.

Sən musiqiçini çağırırsan, gedir, geyinir, kostyum geyinir, özünü hazırlayır, səsini və ya alətini məşq edir. Sonra deyirsən, gəl, çal-oxu, sağ ol, çıx get. O da bazara gedib bir kilo kartof almaq istəyir. Amma televiziya ona bir kartof qədər də qiymət qoymursa, niyə gedib orada çıxış etsin?”, - Alim Qasımov vurğulayıb.

O, bir müddət əvvəl rep ifaçısı ilə birlikdə hazırladığınız layihəyə, bu barədə tənqidlərə də münasibət bildirib: “Mən bir dəfə çıxdım elə-belə oxudum. Sonra gördüm ki, hamı gəlib oynayır, şəkil çəkdirir. Mənə də söz verdilər. Həmin ritmi oxudum. Sonra rep ifaçısı mənə dedi ki, Alim müəllim, yaxşı bir fikir var məndə. Onu bir az düzəltdik, birlikdə oxuduq. Normal şeydir, musiqidir də”.

Alim Qasımov belə bir təklif gəlsə, qəbul edəcəyini qeyd edib: “Əlbəttə, edərəm. Yaxşı musiqidirsə, yaxşı təklifdirsə, mənim ürəyimə yatırsa, mənə elə gəlir ki, tamaşaçının da ürəyinə yatacaq. Birinci dəfə bəlkə bir az yatmaz, amma qulaq asdıqca alışacaq”.

Xalq artisti təkliflər və öz ideyalarının olduğunu da diqqətə çatdırıb.

“İndi danışmağın yeri yoxdur. İnşallah, üzə çıxsa, tamaşaçı da, dinləyici də görəcək”, - o əlavə edib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:171
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 21 Sentyabr 2026 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see294

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see292

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see280

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see259

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see251

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see246

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see239

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see235

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see229

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see228

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see205

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see201

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see200

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see198

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see198

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see196

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see185

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see184

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri