Icma.az
close
up
RU
Kimdir ciddi? Biz bunu dərk edirikmi...

Kimdir ciddi? Biz bunu dərk edirikmi...

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Çox ciddi adamdır” - insanlarımız bir çox hallarda müsbət keyfiyyətdən danışarkən, kiminsə haqqında iltifat edərkən belə bir cümlə işlədir. Lakin hələ də ciddilik məfhumunun harada, necə işləndiyi haqqında təsəvvürlərə sahib deyillər sanki. Bütün günü üzündən zəhrimar yağan insan haqqında da “ciddi adamdır” deməklə onu tərif edirikmi? İnanmıram. Ən yaxşı halda yumşaq şəkildə “dözüləsi adam deyil” demək istəyirik.
Bir tərəfdən DSX mayorunu döyən qolu zorlu idmançıların ciddiliyi yadıma düşür. Qara, neqativ, cinayət tərkibli və s. və i. Üstəlik, bu hadisə dövlətin övladına – zabitə qarşı törədilirsə və işin içindən sifariş, o cümlədən mütəşəkkillik çıxırsa, deməyə söz tapa bilmirsən.
Bu günlərdə əksəriyyətimizi üzən bir hadisə də yaşandı - Azər Baxşəliyevin ölümü. Bəzilərinin qeyri-ciddi qəbul etdiyi layihənin – “Bozbaş”ın personajını canlandıran aktyor. Hərçənd Azər özü də ağsaqqal obrazının yaxşı insan olmadığını deyir, yəni canlandırdığı rolla belələrini tənqid etmiş olur. 
İnsan dünyasını dəyişəndə onun haqqında bir çox hallarda neqativ sözlər işlədilmir. Hüzn, kədər olan yerdə yalnız yaxşı şeylərdən danışılır, amma bir nəfər qəribə bir bənzətmə apardı. Deyir, bir Hacı Şahin rəhmətə gedəndə, bir də Azər vəfat edəndə bu qədər təsirlənib. Fikrini belə əsaslandırır: “1 mənfi fikir bildirilməyən, hamı tərəfindən sevilən ikinci şəxsi Azərin ayrılığında gördüm. Sadə, zarafatcıl, heç kimin ağlında hər hansı mənfi nüansla yadda qalmayan ağsaqqal”.
Üstəlik, hər iki şəxsin sağlığında ikən ölüm haqqında pozitiv – bəli, səhv oxumadınız, məhz pozitiv – açıqlamaları üst-üstə düşür. Təbii ki, fərqli həyat tərzləri olub. Amma bu iki bənzərlik adamı çox düşündürür. 
Təsəvvür edin, bu gün bir qrup insanın “təlxəklik” adlandırdığı sferanın nümayəndəsinin müsahibəsinə, həyata yanaşmasına baxırsan, yaxşı mənada heyrətlənirsən. Digər tərəfdən ciddilikdən dəm vuranların cinayətə meyilli olmasına, qara işlərə sifarişlə, ürəklə yanaşmasını görürsən. Doğrudanmı, ciddiliklə qeyri-ciddiliyin fərqini, bunların nə olduğunu anlamışıq?
Dünən Şirin obrazı ilə məşhurlaşan Nicat Rəhimovun halının pisləşdiyini oxudum. Azərin ölümündən sonra özünə gələ bilmir. Verilişə çıxa, serialın növbəti bölümünü çəkə bilməyib. Əlbəttə, Nicat yenidən özünə gələcək, bunu Azər də istəyərdi. Sadəcə, bir nüansa toxunmaq istəyirəm. Nicat da “Şirin”i ona görə canlandırır ki, belə insanlara tənqidi yanaşır. Ümumiyyətlə, “Bozbash Pictures”in adından göründüyü kimi, bu layihənin personajları nümunəvi olmayan, tənqid olunası obrazlardır. Yəni “bozbaş”lar belə olur. Maraqlıdır ki, “Bozbaş” çəkilişlərini dayandırdı, səhnəmizdə və cəmiyyətimizdə belə “bozbaş”ların sayı durmadan artır.
Bir tərəfdə insanların üzündə təbəssüm yaradanlar, onları düşündürənlər, digər tərəfdə daim qışqırıqla danışan, neqativliyi ilə insanları yükləyən, “seryoznu” (ciddi) söhbətləri ilə diqqət çəkməyə çalışanlar...
Hansılar zərərlidir və ya zərərsiz? Hansılar insanların taleyində travmalar qoyur, insanları yaralayır? Hansılar bağışlana bilər? Zarafatın bəzən duzunu qaçıranlar, yoxsa kiminsə “qələmini qırmağa” cəhd edənlər, yaxud qıranlar?
Suallar ritorikdir, lakin nəticə çıxarmaq üçün faydalıdır. Xanımlar və cənablar, güldürən şəxsin işinə ciddi yanaşması, məhz onun güldürməyi və zarafatı ilə ölçülür. Güldürürsə, işində ciddidir. Təzadlı səslənsə də, ciddiliyin göstəricisidir. Amma kimsə, yaxud kimlərsə cana qəsd etməyə yönəlik davranırsa və bunun adını ciddilik qoyursa, deməli, nəsə düz getmir.
Samir Mirzə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://olke.az
archiveBu xəbər 07 Yanvar 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see416

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see330

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see324

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see264

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see234

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see234

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see231

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see227

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see211

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see207

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see198

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see197

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see195

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see195

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see194

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see186

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see185

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see179

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri