Icma.az
close
up
RU
KİMDİR YAZAR, KİMDIR YAZIÇI?! Nədir mətn, nədir əsər?!

KİMDİR YAZAR, KİMDIR YAZIÇI?! Nədir mətn, nədir əsər?!

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Rahid Ulusel,

Azərbaycan Milli Elmlər Akademiyası,

fəlsəfə elmləri doktoru, professor

Mətni – yazar yazır, Əsəri – yazıçı!

İnsanın yaradıcılıq aktı nəticəsində ərsəyə gələn yazı – Əsərdir.

İnsanın bütün digər praqmatik fəaliyyətlərində hasilə gələn, müəyyən informativ məzmun daşıyan yazı – Mətndir.

Mətn – sənəddir, Əsər – sənət!

Doğum, ölüm, nikah şəhadətnaməsi, cinayət məcəlləsi, SOS, donos, san, titul vəsiqəsi, həbs, edam hökmü, “cənnət qəbzi” (indulgensiya), sürgün, intihar və ya “dəlilik” kağızı, sevgi məktubu, həkim resepti, salnamələr, arxivlər, sülh və ticarət müqavilələri, beynəlxalq qanunlar, konstitusiyalar, müharibə və reklam elanları, bank çekləri, alver qəbzləri ..., bir sözlə, sivilizasiyanın ertəsindən çağımızın günbatarına qədər faktlaşdırılan bütün eyləmlərin nəticəsi – mətndir. Daş, perqament, papirus, kağız, kitab, kompüter və s. söz-səs-şəkil vasitələri ilə ifadəsindən asılı olmayaraq.

Bəşəriyyət özünü mətn olaraq yazdığı kimi, həm də əsər olaraq yazır. Əsər olaraq yazılanlar (burada söhbət elmi, yaxud publisistik əsərlərdən getmir) insanlığın böyük incəsənət xəzinəsidir. Mətn – mədəniyyətin bütöv semiotik orqanizmidirsə, Əsər – onun substansiyası, cövhəridir. Ərəbcə ilkin mənası “iz” olan Əsər elə məcazi qavramda da tarixi-siyasi, ədəbi-estetik düşüncəni yaddaş saxlancına həkk edən pozulmaz İzdir.

Fəqət günümüzün ədəbiyyatçıları bədii-estetik düşüncənin məhsulu olan “əsər” sözünü sanki unudublar. Yeri gəldi-gəlmədi, elə ucdantutma “mətn” deyib-dirənirlər. “Yazıçı” sözü də kənara itələnib, postamentə “yazar” sözü çıxarılıb. “İncəsənət”, “sənət” yerinə “art” dəbə mindirilib. Niyə?! Axı, “yazıçı”, “əsər”, “incəsənət”, “sənətkar”, “sənətçi” – bizim mədəniyyətimizin, sadəcə, informativ deyil, məhz yaradıcılıq sferasında qazandığı ən uğurlu, ən dəqiq, ən seçkin semantik mənaya malik sözlərdir.

Keçmişin “mirzəsi” indinin “yazarı”dır. Məna tutumuna görə, “yazar”dan da universal olan “müəllif” sözüdür. Çünki həm mətn, həm əsər yazan müəllifdir.

Təsadüfi deyil ki, “yazarlıq sənəti” deyə bilmirik, ancaq “yazıçılıq sənəti” deyə bilirik. Necə ki, “əsərin mətni” deyilər, “mətnin əsəri” deyilməz. “Əsərin mətni” təkcə onun nədən bəhs etdiyini deyil, həm də yenə “mətn” sözünün ərəbcə ilkin mənasına baş vuraraq, əsərin iç qatı, arxa planı olduğunu işarələyir.

Baxın: əgər “yaz+ar” sözü yalnız “yaz+maq” feilinin kökünə sözdüzəldici şəkilçi artırmaqla düzəlirsə, “yaz+ı+çı” sözü həmin feilin birinci yox, ikinci sözdüzəldici şəkilçisi ilə yaradılır. Yəni “yazıçı” – “yazar”dan fərqli olaraq, sadəcə, “yazmaq” peşəsinin sahibi deyil, “yazı” ustadıdır!

Yaşadığımız texnosivilizasiya çağında da Əsər yaratmaq – özünüyaratmanın ən optimal funksionallığını özündə daşıyır. Süni intellekt “yazar” olub insandan da mükəmməl mətn quraşdıra bilər, ancaq “yazıçı” olub Əsər yaza bilməz. Çünki Əsər – yaradıcı ruhun canlı övladıdır. Elə insanın özü kimi.

Yer təkamülünün rasional yolundan sapılmasa, süni intellekt – yaradıcı zəkanın həm “dirijor çubuğu”, həm də “əl ağacı” tək kosmosivilizasiya epoxasında da o zəkanın əsas instrumenti olacaq. Süni intellektə Əsər yazdırmaqsa – Robotu İnsana çevirməyin, daha doğrusu, Robota İnsanı imitasiya etdirməyin tayı olacaq. Əslində, tarix boyu böyük yazıçıları, şairləri uzun zamanlar təqlid edənlər həmin klassiklərin “alqoritmik proqramları” əsasında heç bir yeni söz demədən, yeni forma yaratmadan mətn ürüdən “robotlar” olmuşlar. Süni intellektə sahib robotlar əski təqlidçi robotlardan hansı orijinallığı ilə fərqlənəcək?!

Bəşəriyyət rasional tarazlığını (rational equilibrium) itirməsə, çox ehtimal ki, gələcəyin də zəkatəməlli sivilizasiyalarında mətni – yazar və ya onun süni intellekt alternativi, əsəri isə – yalnız yazıçı yazacaq, sənətkar yaradacaq!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 06 May 2026 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see310

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see301

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see293

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see285

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see282

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see273

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see264

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see250

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see247

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see244

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see237

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see222

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see220

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see217

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see209

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see208

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see196

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see180

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see176

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri