Icma.az
close
up
RU
Kimin kimə arxadan zərbə vurduğunu təyyarə məsələsində gördük

Kimin kimə arxadan zərbə vurduğunu təyyarə məsələsində gördük

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfərinə dair Rusiya mediasında yazılanları oxudum. Rusiya Ukraynaya qarşı işğalçı müharibə apardığına görə Volodimir Zelenskinin xarici ölkələrə səfərlərini az qala lupa ilə izləyir, onun müxtəlif ölkələrlə əldə etdiyi razılaşmaların analizini aparırlar.

Bu mənada, Rusiya mediasının Zelenskinin Azərbaycana səfərinə iki cür yanaşmasını müşahidə etdim. Rusiya mediasının bir hissəsi sadəcə Zelenskinin səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə əldə edilən razılaşmalar barədə xəbərlər yayımlayıblar.

Rusiya mediasının digər hissəsi isə Ukrayna-Azərbaycan əməkdaşlığının guya Rusiya əleyhinə yönəldiyini iddia ediblər, saytların birində hətta “Azərbaycan Rusiyaya arxadan zərbə vurdu” ifadəsinə rast gəldim.

Kimin kimə arxadan zərbə vurduğunu 2024-cü ildə Azərbaycanın mülki təyyarəsinin Rusiyanın hava sahəsində raketlə vurulması və vətəndaşlarımızın həlak olması əyani göstərib".

"Cebheinfo.az" xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Rusiya tərəfdən yüksək səviyyədə verilən vədlərə baxmayaraq, ölənlərin ailələrinə və yaralılara təzminat hələ də ödənməyib:

"Volodimir Zelenskinin İlham Əliyevlə birgə mətbuat konfransında “Ukrayna və Rusiya nümayəndələri arasında növbəti görüşün Azərbaycan keçirilməsini təklif edirəm” bəyanatına da şimal qonşumuzdan ikili reaksiya var. Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin birinci müavini Vladimir Cabarov danışıqların Azərbaycanda keçirilməsini mümkün hesab edib.

Onun həmkarı, Dövlət Dumasının MDB ölkələri ilə iş komitəsi sədrinin birinci müavini Konstantin Zatulin isə görüşün Azərbaycanda keçirilməsinin əleyhinə olduğunu bildirib. Erməni radikallarla işbirliyi içərisində olan Zatulindən başqa reaksiya gözləmək təəccüblü olardı.

Həmin komitənin digər sədr müavini Viktor Vololatski də Zatulinlə eyni mövqedən çıxış edib. Bunlara elə gəlir ki, Rusiya və Ukrayna təmsilçilərinin Bakıda görüşünün təşkili xarici siyasətimizin əsas hədəflərindəndir. Bu, Zelenskinin təklifidir. Ukrayna Prezidenti Azərbaycanın balanslaşdırılmış xarici siyasətinə istinad edərək görüş yeri kimi ölkəmizi təklif edib. Bizim belə bir təcrübəmiz var.

Vaxtilə Türkiyə və İsrail arasında danışıqlar Bakıda aparılıb, elə Rusiya Baş Qərargahının rəisi də vaxtilə NATO  komandanlığı ilə bir neçə dəfə paytaxtımızda görüşüb. Aydındır ki, Moskva Ukrayna təmsilçiləri ilə görüşün Azərbaycan ərazisində keçirilməsinə tərəfdar olmayacaqsa, mümkün görüş başqa ölkədə keçiriləcək".

Ekspertin fikrincə, bu, Azərbaycan  üçün problem olmayacaq:

"Təki müharibəyə son qoyulsun. O ki qaldı Rusiyanın bəzi dairələrində səslənən “Azərbaycan niyə Ukrayna ilə hərbi-texniki sahədə əməkdaşlığı genişləndirmək istəyir?” sualının səslənməsinə, bu, bizim daxili işimizdir. Azərbaycanın müxtəlif ölkələrlə hərbi-texniki əməkdaşlığı üçüncü ölkələrə qarşı yönəlməyib, müdafiə gücümüzün artırılmasına yönəlib.

Rusiyanın siyasi dairələrində hələ də bunu anlamaq istəməyənlər varsa, bu onların öz işidir. Biz isə dost və tərəfdaş dövlətlərlə müdafiə və hərbi gücümüzü artıracaq layihələrdə iştirakımızı davam etdirməliyik". 

Xəzər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 Aprel 2026 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri