“Kiminsə zədəli olması bu məğlubiyyətə haqq qazandırmır” Elman Sultanov
Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.
1-ci liqanın 22-ci turunda “Baku Sportinq” gözlənilmədən autsayder “Qaradağ Lökbatan”a uduzdu (0:1).
“Football-plus.az” sensasiyalı məğlubiyyət barədə buzovnalıların baş məşqçisi Elmar Sultanovun fikirlərini öyrəndi:
“Uduzsaq da, düşünürəm ki, qələbəni rəqibdən daha çox haqq edən tərəf idik. Oyunboyu üstünlük bizim tərəfimizdəydi. Ancaq uduzduq. Bu o deməkdi ki, daha çox çalışaraq növbəti qarşılaşmalarda bunun əvəzini çıxmalıyıq. Vacib xallar itirmişik. Heyətimizdə zədəli futbolçular olsa da, onları əvəz edəcək oyunçularımız var idi. Yəni kiminsə zədəli olması bu məğlubiyyətə haqq qazandırmır. Hakimliklə bağlı heç bir iradım yoxdu. Referi oyunu yüksək səviyyədə idarə etdi. Buna görə hakimlər briqadasına təşəkkür edirəm”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 20 Aprel 2025 11:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















