Icma.az
close
up
RU
Kimlər dövlət hesabına mənzil ala bilər? Şərtlər açıqlandı

Kimlər dövlət hesabına mənzil ala bilər? Şərtlər açıqlandı

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Mənzil təminatı sahəsində tətbiq olunan yeni sosial yanaşmalar cəmiyyətdə geniş müzakirələr doğurub. Qanunvericiliyə əsasən, xüsusi kateqoriyaya aid vətəndaşlar dövlət tərəfindən yaşayış sahəsi ilə təmin edilirlər.

Bəs kimlər dövlət hesabına mənzil ala bilər?

"Unikal"ın məlumatına görə, məsələ ilə bağlı hüquqşünas Əliməmməd Nuriyev bildirir ki, qüvvədə olan qaydalara görə, imtiyazlı şəxslərin dövlət hesabına mənzillə təminatı birdəfəlik xarakter daşıyır.

Onun sözlərinə görə, vətəndaşlar dövlət mənzil fondundan yararlanmaq üçün yalnız bir dəfə növbəyə götürülə bilərlər. Bu mexanizmin əsas məqsədi şəxsi daha geniş və ya ideal yaşayış şəraiti ilə təmin etmək deyil, minimum yaşayış ehtiyacını qarşılamaqdır. Ailənin böyüməsi və ya mövcud şəraitdən narazılıq isə yeni hüquqi əsas sayılmır.

O qeyd edib ki, yalnız istisna və ciddi hallar zamanı təkrar müraciətlərə baxıla bilər:

"Məsələn, təbii fəlakət nəticəsində yaşayış sahəsi tam yararsız vəziyyətə düşərsə, bu, yeni hüquqi vəziyyət kimi qiymətləndirilə bilər. Lakin eyni səbəblə ikinci dəfə mənzil tələb etmək digər ehtiyacı olan şəxslərin hüquqlarına müdaxilə sayılır və sosial ədalət prinsipi ilə ziddiyyət təşkil edir".

Mövzu ilə bağlı Sosial Xidmətlər Agentliyindən verilən məlumata görə isə tətbiq olunan qaydalar həm sosial ehtiyacların qarşılanması, həm də dövlət resurslarının ədalətli bölüşdürülməsi məqsədi daşıyır. Qurum bildirir ki, əlilliyi olan şəxslər və şəhid ailələri daim diqqət mərkəzində saxlanılır və indiyədək bu kateqoriyadan olan 16 mindən çox şəxs dövlət tərəfindən mənzil və ya fərdi evlə təmin olunub.

Qeyd edək ki, mövcud qanunvericilik imtiyazlı şəxslərin dövlət hesabına mənzil təminatını birdəfəlik prinsip üzərində qurur və yalnız fövqəladə hallar istisna olmaqla təkrar müraciətlərə imkan verir. (Milli.Az)


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://unikal.az
archiveBu xəbər 25 Aprel 2026 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see462

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see405

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see403

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see304

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see291

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see285

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see283

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see280

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see271

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see267

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see249

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see244

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see243

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see239

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see238

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see238

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see237

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see235

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see232

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see230
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri