Icma.az
close
up
RU
Kimlər gəldi, kimlər keçdi və Koreya Kimlərə qaldı... Məşhur soyadda Altay izi

Kimlər gəldi, kimlər keçdi və Koreya Kimlərə qaldı... Məşhur soyadda Altay izi

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Bir neçə ay öncə “Wildberries” şirkətinin qurucusu Tatyana Bakalçuk qızlıq soyadını dəyişdiyini açıqlayıb. O, telegram kanalında belə bir status yazıb: “Ən yaxşı seçim həmişə özünüz olmaqdır. Sizin Tatyana (yenidən bu gündən) Kim”.

Biznes-ledinin bu qərarının üzərindən günlər keçməsinə baxmayaraq, internetdə qızğın müzakirələr davam edir. Onun digər məşhur Kimlərlə, məsələn, Koreya Xalq Demokratik Respublikasının (KXDR) rəhbəri Kim Çen In və kinorejissor Kim Ki-Dukla qohum olub-olmaması müzakirə mövzusudur. Lakin soyadın etimologiyasını araşdıran zamanı məlum olub ki, məşhur soyad türk mənşəli ola bilər.
Kim soyadlı neçə nəfər var?

Bu, dünyada 15 milyondan çox insanın sahib olduğu ən məşhur Koreya soyadıdır. Statistikaya görə, Cənubi Koreyanın hər beşinci sakininin adı Kimdir. Şimali Koreyada belə məlumatlar dərc olunmur, lakin burada da Kim əsas soyaddır. Ölkə yetmiş ildən çoxdur ki, Kim sülaləsi tərəfindən idarə olunur. Hazırkı dövlət başçısı Kim Çen In KXDR-in əfsanəvi qurucusu Kim İr Senin nəvəsidir.

Hər soyadda klanlar var - koreyalılar onları “pon” adlandırırlar. Onlar ən hörmətli əcdaddan yaranır və kişi nəslinin bütün sülaləsini birləşdirir. Ana tərəfdən qohumların xətti ikinci dərəcəli hesab olunduğu üçün nəzərə alınmır. Ümumilikdə 500-dən çox Kim qəbiləsi var, onların çoxu eramızın 7-ci və 8-ci əsrlərinə aiddir. Ən güclüləri olanlar Qaya, Kimhe və Pongvandan olan Kimlərdir.

Tarixçi Son Nay Ri yazırdı: “Min ildən artıqdır ki, Kim klanı hakim aristokratiya kimi böyüyərək bir çox güclü alt qəbilələrə bölünüb, torpaqda rişələnən və çoxlu kökü olan nəhəng ağac kimi genişlənib”.

Kim soyadı necə yaranıb və mənası nədir?

Tarixçilər ailənin əcdadının əfsanəvi sərkərdə Kim Yusin olduğunu iddia edirlər. O, Çinpyonun hakimiyyətinin on yeddinci ilində (yəni 595-ci ildə) anadan olub. Qədim Koreyanın Silla dövlətinin ən yüksək rütbəli şəxslərindən biri olub və bütün Koreya torpaqlarının birləşməsində mühüm rol oynayıb. Kim Yusinin on övladı var idi və onlardan ilk ailə klanları yaranıb.

Digər tərəfdən, Kim soyadının mənşəyinin iki versiyası da mövcuddur. Onlardan birinə görə, o, Altay soyadı olan “Xim” və ya “Xum”dan gəlir, bu da “ağsaqqal” və ya “öndər” mənasını verir. Altayın ilk sakinləri isə türklər olublar. Altay bölgəsində aparılan arxeoloji tədqiqatlar Afanasyova (e.ə. 2700-1700) və Andronova (e.ə. 1700-1200) mədəniyyətlərinin, xüsusilə də ikincisinin nümayəndəsi olan irq brakisefal, döyüşçü türk irqinin prototipi olduğunu göstərib.

Altay dünya sivilizasiyasına şumerləri, kuşanları, osmanlıları və digərlərini verib. Şumerlərin eramızdan 3000 il əvvəl Mesopotamiyaya məhz Altay dağlaından köç etdikləri barədə kifayət qədər tarixi sübutlar var. Şumerlərin Altaydan çıxdığını bu yaxınlarda Ursul çayı ətrafında yerləşən Karakol (Qaragöl) kəndində üzə çıxarılan qədim məzarlıq da təsdiq edir. Bu məzarlıqda tapılan qədim mədəniyyət nümunələri eramızdan 3000-3500 il əvvəllərə aiddir və onlar şumer mədəniyyət nümunələri ilə eynidir. Eyni zamanda Şumer sivilizasiyası tənəzzül dövrünə qədəm qoyarkən, onların böyük hissəsinin yenidən doğma yurda qayıtdıqları, bir hissəsinin də Çinin cənubuna köç edərək, orada yeni bir sivilizasiyanın çiçəklənməsinə səbəb olduğu məlumdur.

Sonrakı dövrlərdə Altay türklər üçün ana yurd olaraq qalmaqda davam edib. Bundan başqa Altay dilində bütün türk ləhcələrini özündə ifadə edən sözlər tapmaq mümkündür. Türk dilinin bugünkü Altay ləhcəsi uyğur, xakas, qırğız, qaraçay-balkar ləhcələri ilə, demək olar ki, eynidir.

Başqa bir fikrə görə, Kim soyadının mənşəyi qədim Koreya padşahlarına gedib çıxır, onların çoxu Kim adını daşıyırdı, bu da “qızıl” deməkdir. Bir neçə əsr sonra onların nəsilləri bu adı soyad ediblər.

Bütün Kimlər qohumdurmu?

Koreyalılar baxımından, bəli. Onlar genealogiyaya (şəcərə, nəsil, soy qohumluğu) çox ciddi yanaşırlar. Koreya hərflərilə yazılmış və 1447-ci ildə nəşr olunmuş “Əjdaha nəğməsi” ədəbi abidəsi ailənin əhəmiyyətindən bəhs edən bu sözlərlə başlayır: “Kökləri güclü olan ağac səxavətlə meyvə verir və küləkdən əyilmir”. Ona görə də ortaq əcdadı olan hər kəs uzaqda olsa da, qohum sayılır. Koreyalıların hətta bunun üçün bir termini var - səkkizinci nəsil ovçularının qohumları.

Eyni qəbilədən olan kişi ilə qadının evliliyi həmişə üstün hesab olunub. Lakin eyni soyadlı insanlar arasında toylar 2005-ci ilə qədər Koreya Respublikasının Mülki Məcəlləsi ilə qadağan edilib.

Beləliklə, Tatyana Kim, KXDR-in rəhbəri Kim Çen In, rejissor Kim Ki-Duk və dünya üzrə daha 15 milyon Kim çox uzaq olsa da, hələ də qohum sayıla bilər. /Musavat.com/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Noyabr 2024 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see245

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see238

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see236

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see233

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see186

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see177

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see173

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see148

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see147

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see146

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see136

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see134

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see131

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see131

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see130

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see130

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see128

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see125

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see121

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri