Icma.az
close
up
RU
Kimlər gündə neçə dilim çörək yeməlidir? Türkiyəli alim

Kimlər gündə neçə dilim çörək yeməlidir? Türkiyəli alim

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çörək son günlərin ən çox müzakirə olunan mövzularından biridir . Ümumiyyətlə son illərdə çörəyin sağlamlığa təsirini mütəxəssislər də tez-tez gündəmə gətirir.

Hətta sağlam həyat tərzinin əsas şərtləri arasında ağ undan bişirilmiş çörəkdən və karbohidrat məhsullarından imtina birinci yerdə dayanır.

Publika.Az xəbər verir ki, endokrinoloq, tanınmış professor Abdülkadir Ömər "Hansı çörək sağlamlığımız üçün zərərsizdir və gündə nə qədər çörək yeyilməlidir" sualına cavab verib.

"Cəmiyyətdə belə bir inanc formalaşıb ki, çörək sayəsində daha tez doyuruq. Lakin yadda saxlamaq lazımdır ki, orqanik, kimyəvi maddələrə məruz qalmayan və genetikası dəyişdirilməmiş dənli bitkilərdən əldə edilən undan bişirilən çörək daha tez doymağa kömək edir.

Tam taxıldan hazırlanan çörəkdəki liflər mədə və bağırsaq sağlamlığını qoruyur, qəbizliyin qarşısının alınmasına ciddi təsir edir. Bundan əlavə şəkər xəstələrinin qanda şəkər miqdarının yavaş yüksəlməsinə və xolesterinin nəzarətdə saxlanılmasına yardım edir.

Təbii çörək hansıdır?

Kimyəvi maddələrlə ağardılmamış undan bişən çörək faydalıdır. Məsələn, çovdar, yulaf və buğda unu keçərlidir. Rəfinə edilmiş unun digərləri ilə müqayisədə qida dəyəri fərqlidir. Odur ki, cəmiyyətdə təbii undan hazırlanan çörək məhsulları təbliğ olunmalıdır.

Sözsüz ki, orqanik çörək yerinə, rəfinə edilmiş un, yüksək miqdarda şəkər və yağlar ehtiva edən karbohidrat məhsulları zərərlidir. Rəfinə edilmiş undan hazırlanmış və yüksək miqdarda yağ əlavə edilmiş tortlar, digər şirniyyatlar təhlükəlidir. Bu qidaların kalori dəyəri olduqca yüksək olduğundan köklük və piylənmə başda olmaqla ciddi sağlamlıq problemlərinə yol aça bilər.

Gündə neçə dilim çörək yeyilməlidir?

- Gündəlik çörək miqdarı insanın fiziki fəaliyyətindən, yaşından, cinsindən və sağlamlıq vəziyyətindən asılıdır. Gənc inşaat işçisi ilə artıq çəkili insanın və ya yaşlı diabetli xəstənin çörək norması əlbəttə fərqli olacaq.

Ciddi xəstəliyiniz yoxdursa və ya aktiv həyat tərziniz varsa, orqanik çörəkdən hər yeməkdə ehtiyacınız olan qədər istifadə edə bilərsiniz. Ancaq diabet, ürək, piylənmə və yüksək təzyiq kimi xəstəliklər olduqda, hər yeməkdə bir dilim çörəklə məhdudlaşmağı öyrənməlisiniz.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 23:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri