Icma.az
close
up
RU
Kimlərin gəlirlərinə vergi güzəşti tətbiq ediləcək?

Kimlərin gəlirlərinə vergi güzəşti tətbiq ediləcək?

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində "Vergi Məcəlləsinə” təklif edilən dəyişikliklər qəbul olunaraq plenar iclasa tövsiyə edilib.

Qaynarinfo-nun məlumatına görə, Milli Məclisin deputatı Vüqar Bayramov həmin dəyişikliyi şərh edib.

V.Bayramov bildirib ki, dəyişikliklərə əsasən, gələn ildən bir sıra xidmət sahələri üzrə illik dövriyyəsi həcmi 45 min manatadək olan mikro sahibkarların gəlirlərinə 75 faiz güzəşt tətbiq olunacaq:

"Layihəyə əsasən, proqram təminatının işlənməsi, layihə-dizayn, tərcümə xidməti, araşdırma və tədqiqat sahəsi, hüquq, sərbəst auditor, jurnalist fəaliyyəti, turizm bələdçiliyi, qiymətləndirmə fəaliyyəti və s. istiqamətlər üzrə vergi güzəşti tətbiq olunacaq.

Yəni, VÖEN alaraq xidmət müqaviləsi əsasında fəaliyyət göstərənlər gəlirlərindən 2025-cü ildən etibarən 20 faiz deyil, 5 faiz vergi ödəyəcəklər. Eyni zamanda, onlardan 3 işçi və dövlət sığortahaqqı üzrə borcun olmaması tələbi də istənilməyəcək.

Məsələn, vətəndaşımız jurnalist kimi fəaliyyət göstərir, xidmət müqaviləsi əsasında vəsait alır və onun aylıq gəliri 3 min manatdır. Bu halda, o gəlirindən gələn ildən etibarən 600 manat deyil, cəmi 150 manat vergi ödəyəcək”.

Parlamentari qeyd edib ki, güzəştlər xidmət müqaviləsi əsasında çalışan şəxslərə şamil olunur:

"Yeni qaydalar mikro sahibkarların dəstəklənməsi baxımından vacib dəyişiklikdir. Bu qeyd edilən xidmət sahələri üzrə dövriyyənin artmasını stimullaşdıra bilər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 20 Noyabr 2024 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see220

Bakıda içməli su yola axır: Taxta parçaları veriblər ki, boru partlayanda içinə salın

27 Oktyabr 2025 01:56see213

Son çempion məğlubiyyətləri sıralayır

26 Oktyabr 2025 21:44see208

“Payız Əfsanələri 2025” İncəsənət Müsabiqəsi keçiriləcək FOTO

25 Oktyabr 2025 17:30see202

İsrail ordusundan Qəzzaya DƏQİQ ZƏRBƏ Həmin şəxs məhv edildi

25 Oktyabr 2025 23:39see165

Turun mərkəzi oyununda sülh VİDEO

25 Oktyabr 2025 22:58see164

Ana və oğlu bir birindən xəbərsiz eyni gündə anju olunub

26 Oktyabr 2025 04:04see138

Bu insanlar qırmızı ət yeməyi azaltmalıdır

26 Oktyabr 2025 02:04see137

Yayda toz torpaq, qışda palçıq: Kənd camaatını bezdirən yol problemi

26 Oktyabr 2025 01:49see137

Çin sahillərində gəmilər toqquşdu 2 nəfər itkin düşdü

26 Oktyabr 2025 16:57see134

Pikassonun sirli şəkildə yoxa çıxan əsəri bir neçə həftə sonra tapılıb...

25 Oktyabr 2025 23:06see133

Şakil O Nilın 180 min dollarlıq avtomobili nəql edilərkən oğurlanıb

26 Oktyabr 2025 06:09see132

Qatıqla bağlı mif PUÇ OLDU

26 Oktyabr 2025 12:02see131

Alma sirkəsinin faydaları necə istifadə edək?

26 Oktyabr 2025 07:01see129

Saxta şərabı necə seçmək olar?

26 Oktyabr 2025 02:02see123

“Qəzzanın İsrail seçkilərinə təsiri: müharibədən sonra siyasi xəritə necə dəyişir?“ İsrail mətbuatı

26 Oktyabr 2025 20:55see123

Buna İsrail qərar verəcək, ABŞ da bunu qəbul edir Netanyahu

26 Oktyabr 2025 15:50see122

Bomba sığınacağında 1 saat...

25 Oktyabr 2025 18:34see122

Yaşlandıqca cavanlaşan BÜRCLƏR

26 Oktyabr 2025 09:45see122

Kremlin Vaşinqtonla razılaşmadığı məsələ Peskov danışdı

26 Oktyabr 2025 14:51see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri