Icma.az
close
up
RU
Kimlərin pensiyasının yanvarın 1dən artacağı MƏLUM OLDU

Kimlərin pensiyasının yanvarın 1dən artacağı MƏLUM OLDU

Icma.az, Yenigundem portalına istinadən məlumatı açıqlayır.

“2025-ci ildə bütün növ əmək pensiyaları artırılacaq və bu, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsində öz əksini tapıb. Söhbət 2025-ci ildə 1 milyon 100 min vətəndaşımızın pensiyasının indeksləşdirilərək artırılmasından gedir”.

“Yeni Gundem” xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, indeksləşdirmə faizi hər hansı qurum tərəfindən müəyyənləşdirilən faiz deyil:

“Bu, əvvəlki ildə orta aylıq əmək haqqındakı artım faizinə uyğun olaraq həyata keçirən indeksləşdirmədir. 2004-cü ildə əmək pensiyalarının ödənilməsi üçün nəzərdə tutulan vəsaitin həcmi 6 milyard 525 milyon manatdır və bu, təsdiq edir ki, söhbət kifayət qədər böyük məbləğdə vəsait üzərindən indeksləşdirmədən gedəcək.

Bu, nəticə etibarilə növbəti il əmək pensiyası alan bütün vətəndaşlarımızın pensiya məbləğlərinin indeksləşdirilərək artırılmasına imkan verəcək və birmənalı şəkildə 2024-cü ildə nominal orta aylıq əmək haqqındakı artım faizi növbəti pensiya artımları üçün baza yaradacaq. Eyni zamanda, əmək pensiyası alan vətəndaşlarımızın sosial təminatının daha da gücləndirilməsinə imkan yaradacaq.

Digər məqam Dövlət Sosial Müdafiə Fondunun büdcəsi ilə bağlı sosial ekosistemin strukturunun dəyişməsi ilə bağlıdır. Çünki DSMF-in gəlirlərinin əhəmiyyətli hissəsi qeyri-dövlət yığımları üzərində qurulub. 2024-cü ildə geridə qalan 10 ayda Azərbaycanda ilk dəfə olaraq özəl sektorda bağlanan əmək müqavilələrinin sayı dövlət sektorundan daha çox olub.

Bu, əslində Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin dayanıqlığı baxımından vacibdir. DSMF növbəti illərdə əmək pensiyalardakı artım tempini dinamik olaraq qoruyub saxlaya biləcək və indeksləşdirmə daxil olmaqla digər istiqamətlərdə pensiyaçılarımıza sosial təminat davam etdiriləcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 08 Dekabr 2024 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see717

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see557

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see554

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see320

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see314

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see308

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see277

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see273

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see269

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see263

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see262

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see262

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see261

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see260

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see257

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see235

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see215

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see210

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see206

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri