Kimsə Salahın yanından qaçdı, o isə arxaya piyada qayıtdı
Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Pol Merson “Liverpul”un oyununu Premyer Liqada çempionların “Vest Hem”lə görüşü ərəfəsində tənqid edib.
Sportal.az xəbər verir ki, “Arsenal”ın sabiq hücumçusu maraqlı açıqlamaları ilə yadda qalıb:
“Liverpul” ən yaxşı vaxtlarında yüksək pressinq edirdi, amma indi bunu etmir. PSV-nin qollarından birində kimsə sadəcə Salahın yanından qaçdı, o isə müdafiəyə piyada qayıdırdı. İki-üç il əvvəl belə bir şey olmazdı. Artıq noyabr bitir, amma məncə, Slot hələ də ən yaxşı heyətini bilmir. O, bunu təcili şəkildə həll etməlidir. Bütün bu futbolçuları transfer edəndə yəqin ki, müəyyən planı vardı və indi onu həyata keçirməyin vaxtıdır.
Amma düşünürəm ki, Slota vaxt vermək lazımdır. Hər il çempion olmaq mümkün deyil. O, keçən dəfə Premyer Liqanı qazandı deyə, mütləq bu dəfə də qazanmalıdır kimi bir öhdəlik yoxdur. Bunu bəhanə kimi istifadə etmək istəmirəm, amma gəlin Xotanı da unutmayaq. Məncə, bu hadisə futbolçulara ciddi təsir etdi. Hətta van Deyk kimi bir futbolçunun belə çətinlik yaşadığını görəndə düşünməyə başlayırsan ki, problem təkcə futbol meydanında deyil".
saytlarin hazirlanmasi
Baxış sayı:111
Bu xəbər 28 Noyabr 2025 22:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















