Kimsə Ukraynanı təslimçi sülhə məcbur edə bilməyəcək
Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Ukraynanın indiki durumda təslimçi sülhə məcbur edilməsi Avropa üçün yolverilməz hal olar. ABŞ Konqresinə aralıq seçkilər öncəsi Ukraynaya belə təzyiqlər olacaq".
Bunları Newscenter.az-a ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov deyib. O bildirib ki, bu dövrü Zelenski yola verə bilsə təzyiqlər zəifləyəcək:
"Çünki respublikaçıların məğlub olma ehtimalı böyükdür. Sonra da hər şey Ukrayna üçün yaxşı olmayacaq, ancaq Zelenski indiki qədər təzyiq altında qalmayacaq".
Azər Qasımovun sözlərinə görə, bir şey dəqiq bəllidir ki, kimsə Ukraynanı təslimçi sülhə məcbur edə bilməyəcək:
"Ukrayna bu qədər itkiləri ona görə verməyib ki, axırda Trampın təzyiqi ilə geri çəkilib, torpaqlarını Rusiyaya döyüşsüz versin. Avropa da bu məsələyə tək Ukraynanın yox, öz şəxsi təhlükəsizlik məsələsi kimi baxır.
Hesab edirəm ki, Ukrayna hələ Rusiyanın başını çox ağrıdacaq. Rusiyanın qələbəsi məğlubiyyətə bərabər qələbə olacaq".
Süleyman
Bu mövzuda digər xəbərlər:Amerika Ukraynanı təslimçi sülhə məcbur edir
06 Mart 2025 13:12
“Ukraynanı demokratiya adı altında təslimçi sülhə məcbur edirlər...”
29 Noyabr 2025 14:06
“Ukraynanı təslimçi sülhə məcbur etmək istəyirlər” Qüdrət Həsənquliyev
14 Sentyabr 2026 15:10
“Onlar təslimçi sülhə məcbur edilir”
16 Avqust 2025 04:08
Tramp təhlükəsizlik zəmanəti olmadan Ukraynanı sülhə məcbur edə bilər
29 Dekabr 2024 10:16
Baxış sayı:69
Bu xəbər 21 Oktyabr 2026 10:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















