Kimsə xəyal qurmasın… Baxçalıdan erkən seçki tələbinə sərt reaksiya
GlobalInfo saytına istinadən Icma.az xəbər verir.
“Heç kim erkən seçki arzusu ilə imza toplayıb xəyal qurmasın”.
Globalinfo.az xəbər verir ki, bunu Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı deyib.
O erkən seçki tələblərinə və bu istiqamətdə edilən təşəbbüslərə sərt reaksiya verib və bildirib ki, Prezident və hökumət öz legitim mandatı ilə işinin başındadır
“Heç kim boşuna imza toplayıb erkən seçki xəyalı qurmasın. Türk millətinin böyük və möhkəm dəstəyi ilə seçilmiş Prezidentimiz və Prezident Kabineti işinin başındadır”, – deyə Baxçalı bildirib.
Qeyd edək ki, Baxçalının bu açıqlaması son dövrlərdə müxalifət partiyalarının erkən seçki tələblərini gündəmə gətirməsi fonunda gəlib.
Xatırladaq ki, Türkiyədə son prezident və parlament seçkiləri 2023-cü ildə keçirilib və Rəcəb Tayyib Ərdoğan növbəti müddət üçün prezident seçilib. Hazırkı qanunvericiliyə əsasən, növbəti prezident seçkisi 2028-ci ildə baş tutmalıdır.
Aysel Əliyeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 07 Aprel 2025 18:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















