Kimsəni direktor işləməyə məcbur etmirik Nazir
Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev iş yükündən narazı olan kimsəni məktəb direktoru işləməyə məcbur etmədiklərini deyib.
"AzPolitika" xəbər verir ki, o, təhsil işçilərinin sentyabr konfransında bildirib ki, məktəb direktoru vəzifəsini qəbul edən şəxs bu işin məsuliyyətini də üzərinə götürməlidir:
"Biz kimisə məktəb direktoru işləməyə məcbur etməmişik. Onlar bu peşəni könüllü seçib. Mən məktəb direktorlarını anlayıram. 2500 şagirdi olan bir məktəbin direktoru olmaq, təxminən, 2000 uşağın, yəni 2000 ailənin gəldiyi bir məktəbin rəhbəri olmaq heç də asan iş deyil. Bu, birmənalı olaraq çətin işdir. Amma siz bu işi görməyə qərar vermisinizsə, şikayət etməyin bir mənası yoxdur. Kömək, dəstək istəyə bilərsiniz, birlikdə işləyə bilərik. Ona görə də məktəb rəhbərliyinin bu məsələyə çox ciddi yanaşmalarını istəyirəm".
Baxış sayı:160
Bu xəbər 11 Sentyabr 2026 12:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















