Icma.az
close
up
RU
Kimya İnstitutu qarşıdakı dövr üçün yeni strateji hədəflər müəyyənləşdirib

Kimya İnstitutu qarşıdakı dövr üçün yeni strateji hədəflər müəyyənləşdirib

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 2 oktyabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin Kimya İnstitutu fundamental və tətbiqi kimya sahəsində elmi tədqiqatların inkişaf etdirilməsi, innovativ texnologiyaların yaradılması və ölkənin texnoloji inkişafına töhfənin artırılması istiqamətində fəaliyyətini yeni strateji hədəflər əsasında davam etdirir.

Bu barədə AZƏRTAC-a açıqlamasında Nazirliyi Kimya İnstitutunun Strateji inkişaf, qiymətləndirmə və monitorinq sektorunun müdiri Sevinc Həsənova söyləyib.

S.Həsənova bildirib ki, yeni strateji inkişaf planında institutun elmi potensialının daha səmərəli şəkildə reallaşdırılması, fundamental və tətbiqi tədqiqatların beynəlxalq standartlara uyğun aparılması, elmi nəticələrin praktiki tətbiq imkanlarının genişləndirilməsi əsas istiqamətlərdən biridir. İnnovativ texnologiyaların yaradılması, ölkənin texnoloji inkişafına töhfə verilməsi və yüksəkixtisaslı elmi kadrların hazırlanması prioritetlər sırasındadır. Bununla yanaşı, elmi nəticələrin sənaye və iqtisadiyyatın müxtəlif sahələrində tətbiqinə, elm və istehsal arasında əlaqələrin gücləndirilməsinə xüsusi diqqət yetiriləcək. Kimya İnstitutu qarşıdakı dövrdə Azərbaycanın kimya elminin aparıcı mövqeyinin qorunmasını və daha da möhkəmləndirilməsini, Cənubi Qafqazın aparıcı elmi-tədqiqat institutlarından birinə çevrilməyi hədəfləyir. Bu məqsədlə beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, tədqiqatların beynəlxalq elmi mühitə inteqrasiyasının gücləndirilməsi və institutun beynəlxalq elmi platformalarda təmsilçiliyinin artırılması nəzərdə tutulur. Yeni strateji istiqamətlər çərçivəsində beynəlxalq elmi reytinqlərdə mövqelərin gücləndirilməsi, elmi nəşrlərin kəmiyyət və keyfiyyət göstəricilərinin artırılması, habelə müasir elmi infrastruktur və tədqiqat imkanlarının inkişaf etdirilməsi planlaşdırılır.

Sektor müdiri diqqətə çatdırıb ki, strategiyanın mühüm istiqamətlərindən biri də elmi tədqiqatların nəticələrinin innovativ məhsul və texnologiyalara çevrilməsidir. Bu baxımdan sənayeyönümlü məhsulların hazırlanması, tətbiqyönümlü tədqiqatların genişləndirilməsi və elmi nəticələrin real sektora transferi diqqət mərkəzində olacaq. Yeni strateji yanaşma yalnız elmi göstəricilərin artırılmasını deyil, həm də institusional inkişafın, idarəetmə və qiymətləndirmə mexanizmlərinin təkmilləşdirilməsini nəzərdə tutur. Elmi fəaliyyətin nəticələrinin mütəmadi monitorinqi və qiymətləndirilməsi qarşıya qoyulan hədəflərin icrasının effektivliyinin müəyyənləşdirilməsinə imkan verəcək.

“İnstitutun fəaliyyətində bərabərlik, elmi dəyərlərə sadiqlik, dayanıqlılıq, şəffaflıq, elmin inkişafı, akademik dürüstlük və hesabatlılıq əsas dəyərlər kimi müəyyənləşdirilib. Bu dəyərlər institutun elmi fəaliyyətinin təşkilində, tədqiqatçıların inkişafının dəstəklənməsində, elmi nəticələrin cəmiyyətə və iqtisadiyyata faydasının artırılmasında mühüm rol oynayacaq.

Yeni strateji hədəflərin həyata keçirilməsi nəticəsində Kimya İnstitutunun elmi potensialının daha da gücləndirilməsi, beynəlxalq elmi məkanda mövqeyinin möhkəmləndirilməsi və ölkənin innovasiya ekosisteminə töhfəsinin artırılması qarşıya qoyulan əsas məqsədlərdəndir”, - deyə müsahibimiz fikrini yekunlaşdırıb.

Müxbir - Tünzalə Arazlı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Oktyabr 2026 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri