Icma.az
close
up
RU
Kimyaçı alimlərin il ərzində əldə etdikləri elmi nəticələr beynəlxalq jurnallarda dərc olunub AZƏRTAC

Kimyaçı alimlərin il ərzində əldə etdikləri elmi nəticələr beynəlxalq jurnallarda dərc olunub AZƏRTAC

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 27 dekabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasın gündəliyinə 2024-cü ildə aparılmış elmi-tədqiqat işlərinin hesabatının və 2025-ci il üçün iş proqramlarının təsdiqi haqqında, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində elmi, elmi-təşkilati və ictimai fəaliyyətinə görə fərqlənən əməkdaşların mükafatlandırılması, 2024-cü ildə elmlər doktoru və fəlsəfə doktoru hazırlığı üzrə qəbul olan şəxslərin fərdi iş planlarının təsdiqi, müsabiqə və digər məsələlər daxil edilib.

İnstitutun baş direktoru akademik Dilqəm Tağıyev bildirib ki, 2024-cü ildə laboratoriya və şöbələr üzrə mühüm nəticələr əldə olunub, həmin nəticələr “Scopus” və “Web of Science” kimi beynəlxalq bazalarda indeksləşən nüfuzlu elmi jurnallarda dərc olunub. Akademik Dilqəm Tağıyev qeyd edib ki, bu il də daxil olmaqla son 5 ildə institut əməkdaşlarının beynəlxalq bazalarda referatlaşan jurnallarda çıxan məqalələrinin və onlara edilən istinadların sayında əhəmiyyətli dərəcədə artım müşahidə olunur. Alimin sözlərinə görə, bir sıra parametrlərə görə institut respublikada fəaliyyət göstərən 87 ali təhsil və elmi-tədqiqat müəssisəsi arasında 10-cu, Kimya Elmləri Bölməsi üzrə isə 1-ci yerdə qərarlaşıb.

2025-2030-cu illər üçün elmi-tədqiqat işlərinin mövzuları haqqında danışan akademik bildirib ki, elmi-tədqiqat mövzuları seçilən zaman prioritet istiqamətlər üzrə fundamental işlər, eyni zamanda, iqtisadiyyata töhfə verə bilən tətbiqiyönümlü elmi-tədqiqat işləri nəzərə alınmalı, o cümlədən hidrogenin energetikası ilə əlaqəli tədqiqatlar orada öz əksini tapmalıdır.

Sonra gündəlikdə duran məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Dekabr 2024 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see286

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see277

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see231

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see185

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see173

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see152

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see146

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see145

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see142

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri