Icma.az
close
up
RU
“Kinayə ilə ordumuza, dövlətimizə və onun gücünə rişxənd edənlər bilsinlər ki...”

“Kinayə ilə ordumuza, dövlətimizə və onun gücünə rişxənd edənlər bilsinlər ki...”

Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Böyük siyasətdə həmişə uğur qazanandan sonra müxtəlif tərəflərdən təsir göstərməyə çalışan qüvvələr olur. Xarici təsirlərin əsirinə çevrilən daxili satqınların vasitəsilə indiki zamanda daha çox bu cür təsirlər baş verir. İçimizdə olan "xəyanət göyərçinlərini" təlimatlandırıb üstümüzə salırlar. İndiki şəraitdə siyasi reallıqda, ölkənin təhlükəsizliyinin dayağı milli maraqların qorunması, hüququn aliliyi və cəmiyyətin həmrəyliyidir. Milli maraqlarımızın qorunması ilə bağlı heç bir şübhəmiz yoxdur”. 

Bunu Adalet.az-a açıqlamasında “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov deyib.

O, bildirib ki, həmrəyliyimizi, dövlət-vətəndaş birliyini möhkəmləndirmiş, qanunun aliliyini ildən-ilə təkmilləşdirərək inkişaf etdirmişik:

“Tarix göstərir ki, güclü dövlətlər və güclü liderlər qarşıya çıxan çağırışlara emosiyalarla deyil, strateji düşüncə, qanun və milli birlik əsasında cavab verirlər. Bu millət Ali Baş Komandanın göstərdiyi yüksək etimadla xainlərə öz cavabını verdi və biz dövlət olaraq indiyədək bizə qarşı yönəlmiş nadan xəyanətləri təmkinimiz, ağlımız və dərin təfəkkürümüzlə dərk edib, qılıncdan iti, kəsərli arqumentlərlə qarşısını almışıq. Cənab Prezidentin xarici səfərləri yalnız dövlətin milli maraqlarının qorunması və beynəlxalq mövqeyinin möhkəmləndirilməsi məqsədini daşıyır. Hakimiyyətə gəldiyi gündən "ərazi bütövlüyümüzün bərpası qaçılmazdır" ifadəsini xalqına açıq bildirən və uzun illər öz müdrik düşüncəsi, strategiyası, qətiyyəti və prinsipiallığı ilə xalq-dövlət birliyi ilə Azərbaycanı Zəfər ölkəsinə çevirib. Bundan sonra yaranan yeni reallıqlar fonunda, Zəfər ölkəsinə münasibətdə bizimlə səbəbsiz və əsassız düşmənçilik edən, müstəqil siyasətimizi həzm edə bilməyən naşı siyasi liderlərin rəhbərlik etdiyi dövlətləri nəzərə almasaq, bütün dünyanın ağıllı kəsiminin bizə qarşı münasibəti 180 dərəcə müsbətə dəyişib”. 

R.Hüseyn deyib ki, hər xarici səfərdə ölkəmizin Prezidenti Azərbaycanın milli maraqlarını irəli aparan təşəbbüslərlə qayıdıb:

“Bu baxımdan, bəzi xəyanətkar satqınlar, xəyanətkarlığı və satqınlığı simvolizasiya edənlərin dediyi kimi, əliboş qayıdış yox, dövlətin milli maraqlarına xidmət edən dövlətin milli maraqlarına xidmət edən, diplomatik nəticələr və siyasi nailliyətlərlə, qucaq dolusu xarici qələbələrlə qayıdıb. Biz heç vaxt görməmişik ki, xarici səfərlər təkcə protokol xarakteri daşısın. Cənab Prezident bütün xarici səfərlərini milli maraqların təmin olunmasına xidmət edən mühüm siyasi və diplomatik alətə çevirib. Ona görə də Prezidentin xarici siyasəti həmişə Azərbaycanın strateji mövqeyini gücləndirib, milli maraqlarını təmin edib. Lakin xəyanət simvollarının dediyi kimi "biz istəsək istəməsək də Artsax olacaq", "Ordumuzun potensialı yoxdur, torpaq alaq-qaytaraq", "Bir kəndi alsaq, qulağımı kəsərəm", " haqlı olaraq, haqsız duruma düşdük" , "Bütün səfərlərdən əliboş qayıdır", deyən xəyanətkarlar millət satqınları bəzi başıboş ölkələrin siyasi təsiri altına düşərək bu millətə düşmənçilik etdilər.Amma bu millət satqınları bilsinlər ki, "Artsax" cəhənnəmə vasil oldu, sizin müdafiə etdiyiniz ideyalarınız kimi. Kinayə ilə ordumuza, dövlətimizə və onun gücünə rişxənd edənlər bilsinlər ki, Azərbaycan ərazi bütövlüyünü təmin edib, torpaqlarımız işğaldan azad olunub. Böyük qürurla, Vətənə böyük sevgi ilə o torpağı işğal altında saxlamaq istəyənlərin qeyrət damarını əbədi olaraq kəsməklə siz, satqınlar və Vətən xainləri, bu dəyəri heç vaxt bilməzsiniz. Çünki siz o damarı kəsilmişlər tərəfdə duranlardan olmusunuz”. 

Vasif ƏLİHÜSEYN

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://adalet.az
archiveBu xəbər 25 İyul 2026 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see296

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see295

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see275

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see272

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see261

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see259

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see250

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see243

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see236

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see232

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see232

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see232

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see230

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see215

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see212

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see210

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see202

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see202

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see192

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri