Kinematoqrafçılar İttifaqının qurultayında qarşıdurma
Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədr seçkisi ilə bağlı keçirilən qurultayda gərgin anlar yaşanıb.
“Yeni Sabah” xəbər verir ki, tədbir zamanı zalda mübahisə düşüb. İştirakçıların bir qismi səsvermənin gizli keçirilməsinə etiraz edib, bəzisi isə gizli olmasını istəyib.
Daha sonra çıxış edən Ədliyyə Nazirliyinin əməkdaşı tərəfləri sakitləşməyə çağırıb. O bildirib ki, üzvlər arasında qarşıdurma yaranmamalıdır: pizza sifarişi
“Biz bölünməməliyik, üzvləri qarşı-qarşıya qoymamalıyıq. Yenidən bir araya gəlməliyik. İnkişaf koordinasiyamız olmalıdır”.
Nazirlik nümayəndəsi həmçinin Əli İsa Cabbarova daha çox səlahiyyət verilməsinin vacibliyini vurğulayıb:
“Mən nizamnamədə bu istiqamətdə dəyişiklik edilməsini təklif etmişdim. Gəlin qarşı-qarşıya dayanmayaq, kinonu inkişaf etdirək. Bir-birimizi qıcıqlandırmayaq. Barışıq mövqeyindən çıxış edib yenidən toplaşaq. Təklifim budur. Şəfiqə Məmmədova da Əli İsa bəy də birlikdə çalışmalıdır. Əks halda, İttifaq dağıla bilər”.
Əsmətxamın Rzazadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:200
Bu xəbər 26 May 2026 15:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















