Icma.az
close
up
RU
Kinematoqrafiya işçilərinin həyatı filmləşdirilir

Kinematoqrafiya işçilərinin həyatı filmləşdirilir

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasında Azərbaycan kino tarixini ekranlaşdıracaq "Kinostudiya sakinləri" bədii-sənədli filminin çəkilişləri davam edir. Layihə qarşısına uzun illər ərzində Azərbaycan kinosunun formalaşmasında mühüm rol oynamış kinostudiyanın tarixini və burada çalışan insanların həyat yolunu ekran dilində təqdim etmək məqsədi qoyub. Layihə həmçinin strateji hədəflərlə Azərbaycan kino tarixinin qorunması proseslərinin bir hissəsi olmaq, bu sahədə çalışmış insanların əməyini işıqlandırmaq və gənc nəsildə milli kino irsinə maraq yaratmaq məqsədilə reallaşdırılır. 

Film kinostudiyanı təkcə kino istehsalçısı məkanı kimi deyil, paralel olaraq müxtəlif nəsilləri əhatə edən yaradıcılıq mühiti, peşə məktəbi və zəngin sənət ənənələrinin qorunduğu bir ocaq kimi təqdim edəcək. Ekran əsərində illər ərzində burada çalışan sənət adamlarının xatirələri, çəkiliş proseslərindən maraqlı məqamlar və bu məkanın keçdiyi inkişaf yolu da canlandırılacaq. 

Layihənin baş prodüseri Rüfət Qarazadə, icraçı prodüser və ikinci rejissoru Gülüstan Əliyeva, ssenari müəllifi Mahir Dərviş, quruluşçu rejissoru Namiq Ağayev, quruluşçu operatorları Rüfət Süleymanov və Ayaz Mikayılzadədir. 

Hazırda çəkilişlər kinostudiyanın müxtəlif pavilyonlarında, arxiv fondlarında və uzun illər kino mütəxəssislərinin fəaliyyət göstərdiyi məkanlarda aparılır. Ekran işinin ərsəyə gətirilməsində arxiv foto və videomaterialları ilə yanaşı  yeni çəkilən videomateriallardan da istifadə olunur. 

“Kinostudiya sakinləri” layihəsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kino Agentliyinin keçirdiyi 2026-cı il üzrə “Post-prodakşn mərhələsində olan film layihələrinə dəstək müsabiqəsi”nin qalib layihələrindən biridir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 İyul 2026 19:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see407

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see321

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see316

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see232

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see225

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see223

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see222

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see219

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see204

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see198

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see193

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see187

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see187

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see186

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see185

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see181

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see179

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see171

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri