Icma.az
close
up
RU
“Kinjal” raketləri və 324 dronla zərbə Rusiyadan Ukraynaya gecə hücumu

“Kinjal” raketləri və 324 dronla zərbə Rusiyadan Ukraynaya gecə hücumu

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

İyulun 28-nə keçən gecə Rusiya ordusu Ukraynanın müxtəlif bölgələrinə genişmiqyaslı hava hücumu həyata keçirib. Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, hücum zamanı müxtəlif tipli raketlər və pilotsuz uçuş aparatlarından (PUA) istifadə olunub. Raketlərin bir hissəsi strateji aviasiya təyyarələrindən buraxılıb.

“AzPolitika” xəbər verir ki, əsas zərbələr Kiyev, KropyvnıtskiXmelnitski vilayətinin Starokonstantinov şəhərinə yönəlib. Xatırladaq ki, Starokonstantinovda Ukrayna Hərbi Hava Qüvvələrinin aviasiya bazası yerləşir və bu obyekt daha əvvəl dəfələrlə Rusiya raketlərinin hədəfi olub.

Kiyevdə gecə ərzində üç dəfə hava həyəcanı siqnalı verilib. Şəhərin Darnitsa rayonunda dron hücumu nəticəsində 8 nəfər yaralanıb, onlardan biri – 3 yaşlı uşaqdır. Hücum zamanı çoxmərtəbəli yaşayış binası da zədələnib. Bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib.

Kropyvnıtskidə isə yerli hakimiyyətin məlumatına əsasən, azı doqquz partlayış səsi eşidilib. Şəhər dronlarla hücuma məruz qalıb, lakin xəsarət alanlar barədə məlumat verilməyib.

Ümumilikdə, Ukrayna Hərbi Hava Qüvvələri bildirir ki, 27 iyul axşamından etibarən ölkəyə 324 pilotsuz uçuş aparatı, 4 qanadlı raket3 ədəd “Kinjal” tipli aerobalistik raketlə hücum olunub. Qeyd olunur ki, bu hücumlar nəticəsində 15 PUA və 2 raketi zərərsizləşdirmək mümkün olmayıb. Bununla belə, hipersəs sürətli “Kinjal” raketlərinin hədəflərinə çatmadığı iddia olunur.

Zərbələrin üç müxtəlif nöqtədə hədəfə dəydiyi bildirilsə də, həmin ərazilərin adları açıqlanmayıb.

Rusiya Müdafiə Nazirliyi hələlik bu hücumlarla bağlı rəsmi açıqlama yaymayıb. Müharibə yönümlü rusiyalı “Telegram” kanalları isə əsas zərbənin Starokonstantinova endirildiyini yazırlar.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 28 İyul 2025 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see225

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see221

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see211

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see186

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see184

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see179

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see175

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see160

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see158

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see155

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see155

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see149

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see148

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see147

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see145

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri