Icma.az
close
up
RU
Kiosk Press lərdə yoxlama: 15 maliyyə sanksiyası, 43 min cərimə

Kiosk Press lərdə yoxlama: 15 maliyyə sanksiyası, 43 min cərimə

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı Şəhər Ticarət və Xidmət Departamentinin Yeraltı Keçidlər üzrə Ticarət Birliyində operativ vergi nəzarəti həyata keçirilib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, yoxlama zamanı ciddi pozuntular aşkarlanıb.

Təkcə bu ilin ötən dövründə adıçəkilən birlik barəsində 15 dəfə maliyyə sanksiyası tətbiq olunub. Qeyd edək ki, birlik əsasən Bakıda fəaliyyət göstərən "Kiosk Press"lərə nəzarət edir.


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən aparılan operativ vergi nəzarəti zamanı əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktları qeydə alınıb. Nəticədə, Yeraltı Keçidlər üzrə Ticarət Birliyi 14 dəfə 3000 manat, 1 dəfə isə 1000 manat olmaqla ümumilikdə 43 min manat cərimələnib.

Məlumat üçün bildirək ki, Bakı Şəhər İcra Hakimiyyətinin strukturuna daxil olan bu birliyin direktoru Elşad Əli oğlu Səfərovdur. O, 2021-ci ilin sentyabrında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun əmri ilə direktor təyin edilib. Elşad Səfərov bundan əvvəl Dövlət Vergi Xidmətində müxtəlif vəzifələrdə çalışıb.

Əhməd

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 29 Avqust 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see707

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see578

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see325

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see297

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see294

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see284

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see283

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see260

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see257

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see254

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see247

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see245

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see244

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see241

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see240

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see240

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see235

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see221

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see213

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri