Icma.az
close
up
RU
Kipr heç vaxt Yunan adası olmayıb və buna imkan verilməyəcək

Kipr heç vaxt Yunan adası olmayıb və buna imkan verilməyəcək

Missiya.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyə Cənubi Kipr Rum Administrasiyası arxiyepiskopunun Kiprdəki türkləri hədəf alan açıqlamalarına reaksiya verib.

Missiya.Az “STAR”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Cənubi Kipr Rum Administrasiyası arxiyepiskopunun açıqlamaları, son həftələrdə gündəmdə olan yeni terror təşkilatının qurulmasının inkişafı ilə birlikdə dəyərləndirilməlidir. Son açıqlamalar, adanın tarixi gerçəyini gözdən salan ayrı-seçkilik, fanatik və təxribatçı zehniyyətin ən bariz təzahürlərindən biridir”, - deyə vurğulanıb.

Bildirilib ki, Beynəlxalq hüquqa və insani dəyərlərə məhəl qoymayan bu yanaşma Kipr türk xalqının qanuni hüquqlarını və təhlükəsizliyini hədəf alır. 

“Onu da unutmaq olmaz ki, Kipr heç vaxt Yunan adası olmayıb. Oxşar ideyalı planları həyata keçirmək mümkün deyil və buna imkan verilməyəcək. Kipr türk xalqı bu adanın əsas və bərabərhüquqlu ortaqlarıdır və heç bir güc onları bu torpaqlardan çıxara bilməyəcək”, - deyə əlavə olunub.

Qeyd olunub ki, Kipr Rum Administrasiyasını zorakılıq və düşmənçilik dili əvəzinə sağlam düşüncə ilə hərəkət etməyə və iki xalqın suveren bərabərliyinə əsaslanan həllə töhfə verməyə dəvət edirik. Bu gün Kipr adasında sülh hökm sürürsə, bunun Türkiyə sayəsində olduğunu xatırlamaq lazımdır. Türkiyə daha əvvəl olduğu kimi, Kipr Rum Administrasiyasının Kipr türklərinin təhlükəsizliyini, adadakı sülh və sabitlik atmosferini təhdid edən fəaliyyətlərinə qarşı qarantlıq tərəfindən ona verilən səlahiyyətlərdən istifadə etməkdən çəkinməyəcək.

Daşqın Həsənov
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://missiya.az
archiveBu xəbər 24 Aprel 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see254

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see201

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see164

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see145

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri