Kipr reytinqdə Xorvatiyanı arxada qoydu, Azərbaycanın mövqeyi dəyişmədi
sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Avropa Liqası və Konfrans Liqasında başa çatan pley-off mərhələsindən sonra UEFA reytinqi açıqlanıb. Sport24.az xəbər verir ki, Kipr bir addım irəliləyib. Ada təmsilçisi Xorvatiyanı arxada qoyub.
Avrokuboklarda təmsilçisi qalmayan Azərbaycanın mövqeyi dəyişməyib. 28-ci pillədə qalan ölkəmizin hesabında 19,625 xal var. Cari mövsümün qazancı 2,875-ə bərabərdir. Ölkə reytinqi üçün "Zirə" və "Qarabağ" 1,250, "Sabah" 0,250, "Sumqayıt" 0,125 xal əldə edib.
Qeyd edək ki, cədvələ başçılıq edən İngiltərənin 106,624 xalı var.

