Kiprdə rus diplomat ölü tapıldı
Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
Kiprin paytaxtı Nikosiyada Rusiya səfirliyinin əməkdaşı kabinetində ölü tapılıb.
Axar.az xəbər verir ki, bu barədə ANT1 telekanalı məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə gələn Kipr polisi səfirlik ərazisinə buraxılmayıb və mərhumun cəsədi hüquq-mühafizə orqanlarına diplomatik missiyanın həyətində təhvil verilib.
Məlumata görə, səfirlik nümayəndələri polisə ölümün intihar nəticəsində baş verdiyini, mərhumun vida məktubu qoyduğunu bildiriblər.
Həmin məktubun Moskvaya göndəriləcəyi qeyd olunub.
Sonradan Rusiya səfirliyinin rəsmi Teleqram kanalında A.V. Panov adlı əməkdaşın öldüyü və cəsədinin Rusiyaya aparılacağı barədə məlumat yayılıb.
Qeyd edək ki, bu hadisədən bir gün əvvəl isə Kiprdə 56 yaşlı “Uralximiya” şirkətinin sabiq direktoru Vladislav Baumgertner itkin düşüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 12 Yanvar 2026 17:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















