Kiran Trippyer mövsümün sonunda “Nyukasl Yunayted”dən ayrılacaq
Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
Müdafiəçi Kiran Trippyer cari mövsümün sonunda “Nyukasl Yunayted”dən ayrılacaq.
İdman.Biz bildirir ki, bu barədə “sağsağanlar”ın rəsmi saytında məlumat verilib.
Oyunçunun “sağsağanlar”la müqaviləsi gələn yaya qədərdir və heç bir tərəf müqaviləni uzatmayacaq. O, 2022-ci ilin yanvar ayından bəri “Nyukasl Yunayted”də çıxış edir. Bu günə qədər o, klubun heyətində 157 oyunda iştirak edib, dörd qol vurub və 29 məhsuldar ötürmə edib. Müdafiəçi klubla 2024/25 mövsümündə İngiltərə Liqa Kubokunu qazanıb.
Kiran Trippyer “Mançester Siti”nin gənclər akademiyasının yetirməsidir. Onun karyerasında həmçinin “Börnli”, “Tottenhem Hotspur”, “Atletiko Madrid” və digər klublardakı çıxışları da var.
Bu mövzuda digər xəbərlər:Trippyer Nyukasl dan ayrılır
04 Aprel 2026 19:35
Mövsümün sonunda Mançester Yunayted dən ayrılacaq
18 Mart 2025 19:50
Mövsümün sonunda Mançester Yunayted dən ayrılacaq RƏSMİ
22 Yanvar 2026 21:19
Mövsümün sonunda Mançester Siti dən ayrılacaq
14 Sentyabr 2025 16:59
Romero mövsümün sonunda Tottenhem dən ayrılacaq
10 Mart 2026 14:23
Baxış sayı:161
Bu xəbər 05 Aprel 2026 08:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















