Icma.az
close
up
RU
Kirayə bazarında vergi dərəcəsi endirilir Qiymətlərə necə təsir edəcək?

Kirayə bazarında vergi dərəcəsi endirilir Qiymətlərə necə təsir edəcək?

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fiziki şəxslərə kirayə verilən yaşayış sahələri üzrə vergi dərəcəsi optimallaşdırılır. Belə ki, vergi dərəcəsi 14%-dən 10%-ə endirilir ki, bu da ümumi vergi yükünün təxminən 30% azalması deməkdir.

Maraqlıdır, bunun kirayə bazarına təsiri necə olacaq? Qiymətlər enəcəkmi?

Mövzu ilə bağlı Ölkə.az-a danışan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, bu, təqdirəlayiq hadisədir.

Onun sözlərinə görə, lakin bu göstərici daha da aşağı salınmalıdır:

"Çünki vətəndaşlar bu vergini böyük bir məbləğ kimi görməməlidirlər. Vergi strategiyası ümumiyyətlə belədir ki, ilkin olaraq aşağı hədlər müəyyən edilir, ölkə inkişaf etdikcə isə bu hədlər tədricən yüksəldilir. Göründüyü kimi, əvvəlki hədd çox yüksək idi, indi isə aşağı salınır. Düşünürəm ki, bu vergi faizinin bir qədər də endirilməsinə ehtiyac var ki, vətəndaşlar onu heç bir çətinlik çəkmədən ödəyə bilsinlər.

Hazırda passiv biznes daha aktualdır. Mənzillərin kirayəyə verilməsi vətəndaşlar üçün əlavə gəlir mənbəyidir və bir çox ailələr büdcələrini yalnız bunun hesabına formalaşdıra bilirlər. Ona görə də belə həssas istiqamətdə vergi müəyyənləşdirilərkən də həssas yanaşma olmalı, faizlər aşağı olmalıdır".

Qiymətlərin enib-enməməsinə gəldikdə, V.Oruc qeyd edib ki, kirayə biznesi ile məşğul olan vətəndaşların və sahibkarların təxminən 80 faizindən çoxu vergi ödəmir, vergidən yayınır:

"Əslində bu faiz dərəcəsinin azaldılması vergidən yayınmanın qarşısını almağa yönəlib. Ona görə də əgər vergidən yayınma davam edəcəksə, ciddi təsir olmayacaq. Əgər bu istiqamətdə fəaliyyət göstərən vətəndaşların vergiyə cəlb olunması üçün əlavə tədbirlər görüləcəksə, o zaman müəyyən mənada kirayə qiymətlərinin artımına səbəb ola bilər. Amma hesab etmirəm ki, bu artım vergi qədər, yəni tam 10% olacaq. Çünki kirayəçilərin ödəmə imkanları da nəzərə alınacaq.

Yəqin ki, ilk mərhələdə, əgər vergi ödənişi təmin olunarsa, 2026-cı ildən etibarən vergi baryeri səbəbindən qiymətlərdə 5-7% artım mümkündür. Lakin bu verginin verilməsi hansı mexanizmlə təmin ediləcək? Əgər monitorinqlər və cərimələr vasitəsilə olacaqsa, iqtisadi baxımdan fərqlənən 2026-cı il üçün bu, vətəndaşlara əlavə yük yaradacaq.

Düşünürəm ki, maarifləndirmə siyasətindən istifadə etmək lazımdır. Vətəndaşları vergi ödəməyin vacibliyinə inandırmaq lazımdır. Bunun da ilk addımı kimi qeyd etdiyim kimi, vergilərin minimallaşdırılması, daha aşağı faizlərin tətbiqi təmin edilməlidir ki, vətəndaşlar vergi ödəməkdə hər hansı problem yaşamadan bunu həyata keçirə bilsinlər".

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://olke.az
archiveBu xəbər 26 Noyabr 2025 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri