Icma.az
close
up
RU
Kirayə ev, dərzi qız və unudulmaz gün Münasibətlərə ad qoymaq nəyə lazımdır?

Kirayə ev, dərzi qız və unudulmaz gün Münasibətlərə ad qoymaq nəyə lazımdır?

Kulis.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kulis.az Nihat Pirin "Dərzi qız üçün elegiya" yazısını təqdim edir.

Mən eynilikdən qaçan adamam. Sənə deyim, elə olur, evdəki əşyaların yerini dəyişirəm. Divan bu həftə bu yanda, gələn həftə o yanda. Stol bu həftə tam ortada, gələn həftə bir küncdə. Kompüter masası bu həftə yatağın düz qarşısında, gələn həftə eyvanda. Yəni belə. İşdən evə, evdən işə adlı həyatımda hər axşam eyni mənzərəni görməkdən sıxılaram. Bezərəm. Tükənərəm.

Tez-tez kirayə mənzil də dəyişirəm. Gəl elə söhbətin bu yerindəcə otuz illik ömrə sığal çəkəcək bir yalan da uydurum: ona görə öz evim yoxdur. Ona görə özümə ev almıram. Ona görə özümə ev almaq istəmirəm. Mən inandım bu yalanlara, ən əziz oxucu, mən inandım, sən də inan.

Bir müddətdir, yeni kirayə mənzilimə öyrəşməklə məşğulam. Hər yeni kirayə mənzil yeni nələrsə deməkdir həm də. Yeni küçələr, yeni avtobus nömrələri, yeni binalar, yeni restoranlar... Beləcə hər günüm yeni kəşflərlə keçir. Keçirdi.

Özümə təzə kostyum almışam. Təptəzə. Deyim, kostyum alanda adam özünü əsl kişi kimi hiss edir. Belə qəribə hiss, qəribə duyğu deyək buna. Adam istər-istəməz çiyinlərində nəsə təzə bir məsuliyyət, təzə bir yük hiss edir. Elə bilirəm, kostyum geyinən adam hər deyilən şeyə gülməz. Elə bilirəm, kostyum geyinən adam hər məclisə getməz. Hər adamla əl sıxmaz. Hər adama söz deməz. Belə, belə, bir xeyli məsuliyyət də gətirir özü ilə bir dəst kostyum.

Əvvəllər kirayə qaldığım mənzilin düz həyətincədə bir dərzi xanım vardı. Elə gözəl, elə səmimi, elə mehriban. And olsun yazının müqəddəsliyinə, bircə dəfə də olsun, onun barədə pis nəsə düşünmədim. Düşünə bilmədim. Düşünmərəm də. Eləcə hal-əhval, eləcə salam-sağ ol, eləcə havadan-sudan keçərdi söhbətimiz.

Mən ona öz işimdən danışardım, o mənə çətin müştərilərindən. Mən ona xəbər yazmağın nə olduğunu izah edərdim, o mənə paltar tikən maşına iynə saplamağı. Mən ona sabahın havasından xəbər verərdim, hansı yolların bağlandığını, niyə bağlandığını... O mənə iki tin o tərəfdə qalan sarı saç xanım üçün tikdiyi kostyumdan...

Mənə xəbər yazan deyirdi.

– Gəldi xəbər yazan.

– Dünən dedin, gün çıxar, hava buludludur. Belə aldadırsınız camaatı, ay yalandan yazan.

– Sabah istirahət günümdür, xəbər yazan müəllim.

Deyim ki, tək yaşamağın bir çox üstünlükləri var. Bircə-bircə mənimsəmişəm o üstünlükləri. Gətir oradan üç ilin, beş ilin özündən deyən evdar xanımlarını, o da yemək bişirsin, mən də. Gətir oradan üç ayın, beş ayın təzə gəlinlərini, o da çay dəmləsin, mən də. Gətir oradan özündən deyən ev xanımlarını, o paltar ütüləsin, amma mən eləcə baxım. Ütü işi çətindir, biləsən. Ayrıca elm deyərəm mən buna, incimə. Oxumadan, nəzəriyyəsinə varmadan heç nə edə bilməzsən. Mən də edə bilmirəm. Həmin bu dərzi xanım tutardı mənim əlimdən. Həmin bu dərzi xanım tutardı köynəyimin yaxasından, pencəyimin ətəyindən, şalvarımın qat kəsilən yerindən. Ürəyində xal qalmasın, istəkli oxucu, pulsuz heç nə gördürməzdim ona. Dostluq dostluq, yoldaşlıq yoldaşlıq, iş isə işdir, əlbət. İndi müəyyən endirim kampaniyalarımız olurdu, o da öz aramızda olan işdir, bura qədərini bilsən, bəs edir.

O evdən köçdüyüm gün onun istirahət günü idi. Həmin ərəfələr evdə çox olmurdum, baş qarışıq, iş qarışıq, həyat qarışıq. Unutdum onunla sağollaşmağı. Unutdum ona Allahın qupquru sağolunu deməyi. Yadıma düşdükcə özümü necə yamanlayıram, ilahi. Necə biveclikdir bu? Necə insafsızlıq? Yaxşı ki, bu mətnin müəllifi qadın deyil, indi söymüşdü kişi bəndəsinin yeddi arxa dönənini də. Belə məqamda ona haqq verə bilərəm, görməzdən gəl məni.

Köçəndən bir on gün sonra getdim o məhəlləyə. Bir-iki əşya üçün. Bir-iki xatirə üçün, bəlkə. Getdim onun da yanına. Başını salıb aşağı, işini görürdü: şak-şak-şak, tak-tak-tak. Elə zövqlə işləyər, elə incə işləyər, deyərsən, "Mona Liza"nı veriblər ki, götür bərpa elə. Ağzında sap vardı mən qapıdan içəri boylananda. Deyim ki, məni görər-görməz gözləri işıldadı. Yalan yoxdur məndə, işıldadısa, deməliyəm ki, işıldadı. Üstəlik, gülümsədi də. Necə utandım, Allah, necə xəcalət çəkdim... Düşün ki, dörd saniyə sonra eşidəcək ki, bəlkə də, sonuncu dəfə görürəm onu. Görür məni.

Təzə evə köçüyümü eşidər-eşitməz üzündəki gülüş donub qaldı. Ağzındakı bir tikə sap elə bildim, iki metrlik kəndirdir, indicə keçəcək boğazıma. İndicə keçəcək boğazına. Mən sənə deyim, toxunmasam, eləcə onu orada qoyub getsəm, bir həftə, on gün, bir ay sonra gəlsəm, həmən gülüşdür üzündə. Həmən işıldayan gözlər. Bu məhəlləyə tunel deyirəm, elə fərz elə, bu otağa tunel deyirəm, o başdan bir cüt göz baxır. Aydın, apaydın, bax odur, həminkidir.

– Dərzi tapmısan yaxınlıqda? – elə beləcə dedi, and ola Allaha. Necə süstləşdim, necə boşaldı bütün əzələlərim. Heç cavab gözləmədən qəşş edib elə güldü, elə güldü, elə güldü... Çəkdi bu gülüş, haradasa, iki dəqiqə, üç dəqiqə, onunla da aldı mənim vicdan əzabımı, aldı mənim bütün öz-özümə apardığım sorğu-sualları, çək-çevirləri...

– Tapmışam, – dedim, – maraqlanmışam, – yenə gülüşdük. Beləcə bəzi münasibətlərə ad qoymağın mənasız olduğunu ikimiz də başa düşdük. Və sağollaşdıq.

Dedim axı, təzə kostyum almışam. Ondan başqa kiməsə qıymaram bu dəsti, vallah. Götürdüm yazdım həmin dərziyə. Hal-əhval da tutdum, üstəlik. Adamın adama işi düşəndə yazması, xatırlaması çox axmaq hissdir. Yapışar düz udlağından, buz kimi bir əl hiss eləyərsən düz udlağında. Buraxmaz, buraxmaz, buraxmaz. Bax elə oldum mən də. Axırı qurtulub o buz əllərdən dedim ki, həftə sonu yanına gəlmək istəyirəm. Təzə kostyum almışam.

– Mən daha dərzi işləmirəm, – dedi, – hələ ki evdəyəm, bilmirəm, yəqin, başqa iş axtararam...

O kostyumu necə edim, necə geyinim, görəsən? Ətəyi uzundur, bir az da çiyinləri boş. O kostyumu kimə etibar edim, görəsən?

"Game of Thrones"un aktyoru Bakıya gələcək Öz qaranlıq düşüncəsinə yumruq atanlar... "Cheltenham" Ədəbiyyat Festivalı keçiriləcək
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://kulis.az
archiveBu xəbər 05 Sentyabr 2025 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see282

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see270

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see246

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see243

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see166

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see160

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see153

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see144

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see138

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see136

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see136

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see132

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see130

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see130

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see127

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see126

Neymar və het trik

04 Dekabr 2025 09:17see125

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see125

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see124

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri