Kirayə ilə bağlı qanun təsdiqləndi
Pravda.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Prezident İlham Əliyev Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.
Pravda.az xəbər verir ki, yenilənmiş qanuna əsasən, Azərbaycan vətəndaşları sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsini əldə etmək məqsədilə yalnız bir dəfə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alına biləcək.
Xatırladaq ki, Məcəllənin 48-ci bəndinə əsasən, yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir.

Mənzil Məcəlləsinə sosial kirayə ilə bağlı əlavə təsdiqləndi
10 Mart 2025 13:39
Kirayə evlərlə bağlı inanılmaz YENİLİK
29 Yanvar 2025 17:41
Sosial kirayə evlərlə bağlı qərar
28 Fevral 2025 12:49
Kirayə mənzillərlə bağlı VACİB XƏBƏR KONKRET
16 Yanvar 2025 14:25
Kirayə evlər ucuzlaşır
29 Dekabr 2024 15:42
