Icma.az
close
up
RU
Kirayə mənzil bazarında artımlar ilboyu davam edir Ekspert səbəbləri izah edir

Kirayə mənzil bazarında artımlar ilboyu davam edir Ekspert səbəbləri izah edir

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Bakıda yeni tikililərin kirayə mənzil bazarında ikiotaqlı mənzillərin kirayə qiyməti 1000 manatdan yuxarıdır".

Bunu Qaynarinfo-ya açıqlamasında mənzil eksperti Ramil Osmanlı deyib. Ekspert paytaxtda "mərkəz” deyilən ərazinin iki zonaya bölündüyünü bildirib:

"Əgər söhbət şəhərin mərkəz hissəsində birinci və ikinci zonadan gedirsə, burada ikiotaqlı və ən aşağı kv.m olan mənzilin qiyməti 1000 manatdan yuxarıdır. Bu, tələbə kontingenti üçün əlçatmazdır. Məsələn, Nərimanov, Gənclik, Elmlər Akademiyası, İnşaatçılar, 20 Yanvar, Memar Əcəmi, Neftçilər, Qara Qarayev və s. metrostansiyalara yaxın ərazilərdə qiymətlər nisbətən aşağıya doğru dəyişir. Köhnə binalarda, məsələn, "Memar Əcəmi” və 20 Yanvar istiqamətlərində minumum qiymətlər birotaqlı mənzillərdə 400 manatdan başlayır. "Gənclik”, "Nərimanov” ərazilərində 500-600, "28 May”, "Sahil”, "İçəri Şəhər” stansiyalarına yaxın olan ərazilərdə köhnə binalarda birotaqlı mənzillər 700-750 manatdan yuxarı təklif edilir”. 


Ramil Osmanlı bunu son illərdə Bakıda irimiqyaslı söküntü işlərinin aparılması ilə əlaqələndirib:

"Nəticədə ucuz evlər üzrə kirayə mənzil bazarında təklif portfelinin məhdudlaşması tendensiyası davam edir. Bu proses bir tərəfdən təklifi məhdudlaşdırır, digər tərəfdən əlavə bazarda yeni tələb yaradır. Yəni, hansısa bir ərazidə genişmiqyaslı söküntü gedirsə, həmin ərazidə vətəndaşlara kirayə haqqı vəsaitləri ödənilir. O vəsaitlərin bir hissəsi də yenidən kirayə mənzil bazarına qayıdır, inteqrasiya olunur. Bunun nəticəsində bu istiqamətdə qiymət artımları müşahidə edilir”.

Ekspertin sözlərinə görə, aparılan müşahidələr onu deməyə əsas verir ki, hazırda baş verən hər iki tendensiya ümumilikdə bazarda daha çox qiymətlərin artımına təsir göstərir:

"Çünki birinci istiqamətdə köhnə mənzil fondu sürətlə sıradan çıxır və yerinə yeni mənzil fondu daxil olur. Yeni mənzillərdə kirayə qiymətləri köhnə mənzildəki qiymətlərlə müqayisədə daha yüksəkdir. Daha yeni və bahalı və müəyyən standartlar baxımından köhnə mənzil fondunda daha müasir olan mənzillər meydana gəlir. Bu da mənzil mülkiyyətçilərinin qiyməti artırmasına təkan verir. 100 min dəyəri olan mənzillə 200-250 min dəyəri olan mənzilin kirayə qiymətləri, daha dəqiq desək, gəlirliyi eyni olmamalıdır. Nəticədə də vətəndaşlar bütövlükdə qiymətlərin artımına mütləq şəkildə məcbur olurlar”.

Ramil Osmanlı ikinci istiqamət kimi tələbin artdığını vurğulayıb:

"Müvəqqəti yaşamaq üçün kirayə mənzil götürənlər daha çox ucuz mənzillərə üstünlük verirlər. Bu da bir tərəfdən qiyməti artırır. Bu tendensiya özünü, bazarda müraciətlərin sayı kəskin artanda, tələb dəyişəndə daha qabarıq şəkildə göstərir. Əslində biz il boyu qiymətlərin davamlı artımlarını müşahidə edirik. Məsələn, avqust ayının sonlarına doğru bu artım daha qabarıq forma alır. Birdən-birə bazarda müraciətlərin sayı kəskin artır, tələbələrin hesabına yeni alıcı kütləsi daxil olur. Bu da qiymətləri artırır”.

Bahar Rüstəmli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 04 Sentyabr 2025 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri