Icma.az
close
up
RU
Kirayə qalanların DİQQƏTİNƏ: Bunu etmək sizin üçün vacibdir KONKRET

Kirayə qalanların DİQQƏTİNƏ: Bunu etmək sizin üçün vacibdir KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Azərbaycanda kirayə müqaviləsi anlayışı artıq formalaşmaqdadır. Lakin bu növ müqavilədən praktiki istifadə edənlərin sayı olduqca azdır. Yaxın gələcəkdə kirayə müqaviləsinin icbari xarakter alması mümkündürmü?

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan vəkil Turan Abdullazadə bildirib ki, müqavilələr heç bir halda məcburi xaraker daşıya bilməz:

“Mülki qanunvericiliyin prinsiplərindən biri də müqavilə azadlığıdır. Müqavilə tərəfləri qanunvericiliyə zidd olmayan istənilən müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqdlər – mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və çoxtərəfli iradə ifadəsidir. Müqavilənin bağlanması üçün iki və yaxud daha çox tərəfin razılaşdırılmış iradə ifadəsinin olması zəruridir. Mülki Məcəllədə nəzərdə tutulmuş “müqavilə” anlayışından belə başa düşürük ki, müqavilə heç bir halda məcburi xarakter daşıya bilməz və yaxud ona icbarilik mexanizmi tətbiq oluna bilməz. Müqavilə tərəflərin iradə ifadəsini əks etdirən ikitərəfli əqddir. Əgər bir razılaşmaya biz müqavilə deyiriksə, mütləq qaydada orada tərəflərin iradə ifadəsi öz əksini tapmalıdır”.

Hüquqşünasın fikrincə, kirayə müqaviləsinin bağlanması hər iki tərəf üçün faydalıdır:

“Tərəflər arasında kirayə müqaviləsinin bağlanması, hər iki tərəfi gələcək problem, öhdəlik və məsuliyyətdən xilas edə bilər. Kirayə müqaviləsinin bağlanması tövsiyə olunandır və bu müqavilənin bağlanması üçün müəyyən təşviqat kampaniyaları, maarifləndirmə işləri aparmaq lazımdır. Bu həm dövlətin vergi siyasətinə uyğundur, həm də tərəflərin münasibətlərinin daha təminatlı şəkildə qorunması üçündür.

Kirayə müqaviləsi olmadığı halda, onların heç bir hüquqi təminatı olmur. Məsələn, kirayə verən iddia edə bilmir ki, evimi kirayəşinə 500 manata vermişdim, ancaq o ödənişi verməyib. Eyni zamanda, kirayə götürən də sübut edə bilmir ki, 3 ayın pulunu ödəmişəm, amma ev sahibi məni evdən çıxarır. Yəni hüquqi təminatsız olur. Kirayə müqaviləsinin bağlanması məsləhətdir, ancaq heç bir halda məcburi ola bilməz”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://konkret.az
archiveBu xəbər 19 Noyabr 2024 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri