Icma.az
close
up
RU
Kirayə qiymələri daha da artacaq

Kirayə qiymələri daha da artacaq

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Ölkədə, xüsusilə də paytaxtda kirayə mənzillərdə yaşayanların sayı kifayət qədərdir. 

Nəinki daşınmaz əmlakın, eləcə də kirayə mənzillərin qiymətində davamlı olaraq artım müşahidə olunur. Azərbaycan Mərkəzi Bankının illik "Maliyyə Sabitliyi hesabatı"na görə, Azərbaycanda median aylıq kirayə haqqı 1 000 manatı ötüb.  

Sənədə əsasən, mənzil bazarı ilə bağlı mövcud açıq mənbələrdən əldə edilən məlumata əsasən, dekabr ayının sonunda ölkə üzrə təklif edilən median aylıq kirayə haqqı 1 002 manat təşkil edib ki, bu da daşınmaz əmlakın kapitalizasiya müddətinin 20,9 il olmasını şərtləndirir.  

2024-cü illə müqayisədə kapitalizasiya müddətində 1,4 illik artım müşahidə olunur ki, bu da il ərzində mənzil qiymətlərinin artımının kirayə qiymətləri ilə müqayisədə daha sürətli artımı ilə əlaqələndirilir.

Ümumiyyətlə, ölkədə kirayə mənzil bazarında qiymətlər nəyə əsasən tənzimlənir və qiymətlərin yüksək olması nə ilə bağlıdır? 

Məsələ ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri (AQC), Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) prezidenti Vüqar Oruc “Cebheinfo.az”-a bildirib ki, əslində mənzillərin kirayə qiymətləri onların satış qiymətləri ilə müqayisədə o qədər də baha deyil: 

“Qonşu dövlətlərlə, xüsusilə də Türkiyə ilə  müqayisə etsək, belə bir nəticəyə gələ bilərik ki, orada mənzillərin kirayə verilməsi zamanı götürülən mənfəət daha yüksəkdir. Mərkəzi Bankın elan etdiyi 1002 manat median ortalığı  təqribən 250-300 min manat civarında olan mənzillərin kirayə verilməsi qiymətidir. 

Məsələn, həmin məbləğə Türkiyədə mənzil alarıqsa, əldə etdiyimiz kirayə gəliri Azərbaycanda, xüsusilə də Bakı şəhərində əldə etdiyimiz kirayə gəlirindən təqribən 1,5- 1,7 dəfə yüksəkdir. Bu, onu göstərir ki, həmin ərazilərdə investisiya qoyulması daha məqsədəmüvafiqdir, daha yüksək gəlirlidir. 

Bu baxımdan, satış qiymətlərində güclü sıçrayış, şəhər qiymətlərinə nisbətən daha çox baş verib. Yəni satış qiymətlərində mənzillərin qiyməti son 5 ildə 80-100 faiz artıbsa, kirayə qiymətlərində bu artım 40-70 faiz arasındadır. Əslində bundan sonra bizim gözləntimiz ondan ibarətdir ki, kirayə qiymətlərində daha yüksək artım meydana gələcək”. 

AQC rəhbərinin sözlərinə görə, “Bakının Baş Planı-2040”-a əsasən istismar müddətini bitirmiş, habelə qəzalı bunaların söküntüsünə start verilib: 

“Nəticədə 10 minlərlə bina söküləcək və onun yerində bir hissəsində yeni binalar tikiləcək, digər hissəsində abadlıq işləri aparılacaq. Məsələ ondadır ki, yeni binalar tikilənə qədər gözləntidə olan vətəndaşlar müvəqqəti də olsa kirayə bazarına müraciət edir. 

Bu da kirayə bazarına müraciət edənlərin sayını artırır. Bundan əlavə, Bakı şəhərindəki yataqxanaların sayının azlığı və ümumiyyətlə, mövsümi müraciətlərin sayının artdığı təhsil periodunda, yəni iyul-avqust-sentyabr aylarında kirayə mənzillərin qiymətləri daha da yüksəlir.

Çünki 50 mindən artıq abituriyent tələbə adını qazanır və onların da böyük əksəriyyəti Bakıda yaşamayan bölgələrdən olan əhalinin nümayəndələridir. Bütün bunlar ildə bir neçə dəfə daşınmaz əmlak bazarının kirayə seqmentində qiymət artımına səbəb olur. 

Bundan əlavə, təbii fəlakətlər, subasmalar  nəticəsində  öz evlərini itirmiş və yaxud da ciddi ziyan dəyib yaşamaq imkanı olmayan fərdi yaşayış evlərinə malik vətəndaşlar da eyni zamanda müvəqqəti olaraq kirayə seqmentinə müraciət edirlər. Şəhərin abadlaşdırılması, mənzərəsinin yenilənməsi prosesinə də start verilib. 

Bütün bunlar kirayə bazarına müraciətlərin sayını artırır. Qiymət artımı təbiidir və daha da çox artacaq.  Mərkəzi Bankın elan etdiyi 20,9 il böyük müddətdir. Əslində bu daha az bir müddətdə olmalıdır. Təqribən mənzil 15 il müddətində öz dəyərinin ödənilməsini təmin etməlidir.

Bu baxımdan, bu qiymətlər satış qiymətləri ilə müqayisədə o qədər də baha deyil. Sadəcə əhali üçün əlçatanlıq baxımından baha adlandıra bilərik. Təqribən bir aylıq kirayənin median ortalığı 1002 manatdırsa,  bu, ölkədəki orta əmək haqqının məbləğidir. 

Əsas problem burdadır. Yəni vətəndaşlar üçün bir aylıq ortalama orta əmək haqqının təqribən ən azı üçdə biri qədər olmalıdır. Yəni priblem kirayə qiymətlərinin baha olmasından yox, orta əmək haqqının kirayə qiymətlərinə   nisbətən az olmasından irəli gəlir”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: Kirayə qiymələr Vüqar Oruc

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 Aprel 2026 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see525

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see486

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see358

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see278

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see273

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see264

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see261

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see258

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see251

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see236

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see235

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see235

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see231

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see219

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see210

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see206

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see200

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see182

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see173

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri