Icma.az
close
up
RU
Kirayəçi dələduzların bazarı açıldı: Tələbələr Bakıya gəlir, belə tələyə düşür

Kirayəçi dələduzların bazarı açıldı: Tələbələr Bakıya gəlir, belə tələyə düşür

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mənzillərin onlayn kirayə verilməsi prosesində dələduzluq edənlərin sayı artıb. Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Bölgələrdə yaşayan tələbələr özlərinə rahat olsun deyə qalacaqları evi onlayn qaydada tapıb, kirayələməyə üstünlük verir. 

Onlar elan saytlarında bəyəndikləri evi kirayələmək üçün qeyd edilən nömrə ilə əlaqə saxlayır. Razılaşmadan sonra qarşı tərəfə əvvəlcədən beh adı altında müəyyən bir məbləğ, yaxud da evin bir ayının pulunu ödəyirlər. Təkrar telefona dönüş etdikdə isə "ev sahibinə” zəng çatmadığını görürlər. Beləcə yüzlərlə tələbə onlayn dələduzluğun qurbanına çevrilir. 

Hüquq müdafəçisi Əkrəm Həsənov Qaynarinfo-ya açıqlamasında xüsusi bildirib ki, istəlinən vətəndaş tanımadığı şəxsə pul göndərməməlidir:


"Yox, göndəribsə, artıq hüquq-mühafizə orqanlarına şikayət etməlidir. Ən azı bank hesabları var. Kart hesabına bağlı olan bütün məsələləri araşdırmaq asandır. Beləcə, ödədikləri pulu onları aldadan şəxsdən geri ala bilərlər. Gərək vətəndaş işin üstünə düşsün və sona kimi getsin".

Təhsil eksperti Məzahir Məmmədli isə hesab edir ki, tələbə kirayədə qalmalı deyil:


"Hər bir ali məktəbin özünün yataqxanası olmalıdır. Təssüflər olsun ki, Azərbaycanda heç bir ali məktəb bu standartlara uyğun deyil. Hərbi Akdemiya və Gəncə şəhərində yerləşən aqrar universitetdən savayı bütün ali məktəb tələbələrinin 5-10%-ni yataqxana ilə təmin etmək imkanı var. Özəl universitetlərin heç birinin yataqxanaları yoxdur. Bu halda dələduzluq baş alıb gedəcək və onlar üçün min bir şərait də yaranacaq. Burada ən çox əziyyət çəkən rayondan gələn tələbələrdir. Böyük sevinclə ali məktəbə daxil olur və dələduzlarla qarşılaşırlar".

Bahar Rüstəmli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 05 Sentyabr 2025 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri