Icma.az
close
up
RU
Kirillovun ölüm fərmanını kim imzaladı? Şübhələr Qərbə tuşlanır

Kirillovun ölüm fərmanını kim imzaladı? Şübhələr Qərbə tuşlanır

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Xəbər verdiyimiz kimi, dekabrın 17-də səhər saatlarında rus general-leytenant İqor Kirillov və köməkçisi terror nəticəsində həlak olub. Məlumata görə, o, Ukrayna ordusuna qarşı kimyəvi silahdan istifadə edilməsi barədə göstəriş verən şəxsdir. Bəzi iddialara görə isə sözügedən hadisə daxili qarşıdurmaların nəticəsində baş verib.

Amma əsas ehtimal bu hadisəni Qərb xüsusi xidmət orqanlarının təşkil etməsi yönündədir. Mümkündür ki, Rusiyanı çökdürmək, cəmiyyətdə çaşqınlıq yaratmaq üçün belə aksiyalara əl atılsın. Yada salaq ki, ABŞ, Britaniya və Fransa onlara məxsus silahlardan Rusiyanın dərinliklərinə hücum etməsi üçün Ukraynaya icazə verib. Artıq bunun nəticəsi var. Son 10 gün ərzində Çeçenistan iki dəfə PUA hücumuna məruz qalıb.

Globalinfo.az-a danışan politoloq Ramiyə Məmmədova deyib ki, Qərb genişmiqyaslı həmlələrə keçib:

Ramiyə Məmmədova

“ABŞ prezidenti Co Baydenin prezidentlik müddətinin başa çatmasına çox az qalıb. Onun son hərəkətləri, tapşırıqlarından aydın olur ki, Ukrayna müharibəsini olduqca ağır hala gətirəcək. Nəticədə ABŞ-ın yeni prezidenti Donald Tramp bunun qarşısında çətin vəziyyətə düşəcək. Həqiqətən də bu müharibə getdikcə daha çox alovlanır. Qərb ölkələri rəsmi Kiyevin uduzduğunu qəbul etmişdilər. Lakin Bayden və onun çağırışları yenidən həmin ölkələrin qəlbinə bir ümid işığı gətirdi. Rusiyanı tamamilə sıradan çıxara biləcəklərinə inanırlar”.

Politoloqun sözlərinə görə, Kirillovun öldürülməsi sıradan məsələ deyil:

“Rusiyanın Silahlı Qüvvələrinin əsas simalarından birinin və köməkçisinin qətlə yetirilməsi planlı şəkildə baş verib. Hətta terror aktıdır. Daxili çaxnaşmalar da ola bilər. Ölkə rəhbərliyi bu prosesin səbəbkarlarını dövlətə qarşı xəyanət kimi qəbul edir. Lakin bu gün baş verən terrorun isə daxili çaxnaşmadan qaynaqlandığını düşünmürəm. Ukrayna Çeçenistana da zərbələr endirir. Görünür, xarici qüvvələr Rusiya daxilində böyük qarışıqlığın yaranmasına hesablanmış siyasət yürüdür. Digər tərəfdən Ukrayna müharibəsi olmasa idi, Suriyada da çevriliş baş verməzdi”.

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 Dekabr 2024 19:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see256

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see243

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see178

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see156

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see143

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see138

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see137

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see135

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see130

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see129

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see129

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see126

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see125

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see125

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see125

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see124

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see124

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri