Kiselyov Vesti nedeli ilə bağlı Ermənistanın etirazına cavab verib
Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Rossiya Seqodnya” agentliyinin baş direktoru Dmitri Kiselyov "Vesti nedeli" ("Həftənin xəbərləri") proqramının buraxılışındakı hansı bəyanata görə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin Xarici İşlər Nazirliyinə çağırıldığını bilmədiyini deyib.
O, bu barədə “NEWS.ru”ya açıqlamasında bildirib.
"Erməni qardaşlarımızı konkret hansı ifadənin narahat etdiyini başa düşmürəm. Hələlik şərh ediləcək bir şey yoxdur", - D.Kiselyov qeyd edib.
Xatırladaq ki, Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Səfirə Ümumrusiya Dövlət Televiziyasının yanvarın 12-də efirə gedən “Vesti nedeli” (“Həftənin xəbərləri”) verilişində səsləndirilən bəyanatlarla bağlı etiraz notası təqdim edilib.
Ermənistan XİN-in mətbuat xidmətindən bildirilib ki, verilişdə Ermənistan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş süni şəkildə yaradılan narrativlər səsləndirilib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 15 Yanvar 2025 15:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















