Icma.az
close
up
RU
Kişi “kim üçün?” sualının cavabını tapmalıdır... Anar Şamil

Kişi “kim üçün?” sualının cavabını tapmalıdır... Anar Şamil

Kulis.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kulis.az Anar Şamilin "Görünməz əl" yazısını təqdim edir.

"Öz bildiyini edir, heç cür sözümə qulaq asmır və hər dəfə uğursuzdur..." Bu cümlələri qadınlardan tez-tez eşidirik. Onlar rəfiqələrinə şikayət edərkən özlərini mövcud vəziyyətdə günahsız, sadəcə qurban kimi qələmə verirlər. Lakin bir həqiqət var: bəzən qadınlar səbəb olmağı, o böyük dəyişikliyi başlatmağı bacarmırlar.

Barak Obama və Mişel Obamanın yanacaqdoldurma məntəqəsindəki məşhur əhvalatını xatırlayaq. Mişel köhnə tanışını (kollec illərində görüşdüyü gənci) görüb Baraka deyir: "Görürsən bu oğlanı? Mən vaxtilə onunla görüşürdüm". Barak gülərək:

"Əgər sən onunla evlənsəydin, indi prezident xanımı olmazdın",- deyə cavab verir. Mişelin zarafatındakı o böyük həqiqət isə budur: "Xeyr! Əgər mən onunla evlənsəydim, o, indi ABŞ prezidenti olardı!" Bu hekayənin real olub-olmamasından asılı olmayaraq, çatdırdığı fikir mütləqdir.

Kişi qadının məhsuludur

Kişilər qadın bətnində formalaşaraq dünyaya gəlirlər. Bu üzdən kişi qadına təkcə emosional deyil, ontoloji olaraq bağlıdır. İnsan bədənində olan “X” xromosomu qadına aiddir və o, kişi “Y” xromosomundan həm daha böyükdür, həm də daha çox gen daşıyır. Kişi cinsini “XY”, qadını isə “XX” xromosomu formalaşdırır. Kişidə “X” varsa, qadında “Y” yoxdur. İstəkdən asılı olmayaraq, biz kişilər qadın xromosomunu içimizdə daşıyırıq.

Təkamül prosesində “Y” xromosomunun bəzi genlərini itirməsi və intellektlə bağlı genlərin daha çox “X” xromosomunda (qadın başlanğıcında) olması elmi mübahisələrin ana xəttidir. Bu o deməkdir ki, kişinin həyatındakı qadın seçimi, gələcək övladın intellektual səviyyəsi üçün də həlledicidir.

Kölgənin sahibləri

Tarix boyu dünyanı dəyişən qərarları kişilər verib, lakin o qərarların arxasında qadınların motivasiyası və simvolik rolu dayanıb. Qadın müharibə elan etməyib, amma o müharibəyə aparan siyasi dinamikanın ruhu olub. Hürrəm Sultan obrazı buna ən bariz misaldır.

Lakin qadın təkcə müharibə deyil, həm də ilham pərisidir. Lev Tolstoy və Sofya Andreyevna cütlüyü buna nümunədir. Sofya bütün çətinliklərə rəğmən ailəni, sosial əlaqələri və gündəlik həyatı idarə edərək yazıçının yaradıcılıq enerjisini qoruyub. Dostoyevskinin daxili dramını həyat yoldaşı Anna sakitləşdirib. Nabokovun arxasında Vera dayanıb. Bu gün Konor Makqreqorun uğurunda isə Dee Devlinin rolu danılmazdır.

Qadın olmaq kifayətdir

Androgenləri yüksək olan kişilər daha çox estrogenləri yüksək olan qadınları axtarır və ya əksinə olur. Yəni hər kəs öz əskiyini axtarır. Göründüyü kimi hər şey tamamlanmalıdır. Şəxsi inkişaf da bütövlükdən keçir. Bir çox halda sadəcə "qadın" olmağınız kifayətdir. Rəhbər vəzifədə işləsəniz belə, evə gələndə o ciddi görünüşü dəyişib, zərif və yumşaq qadın olmalısınız ki, həyat yoldaşınız öz təbiətinə xas olan gücə sahib ola bilsin.

Qadın heykəltəraş kimidir, yaradıcıdır. Əlindəki gildən istəsə çoban, istəsə şah düzəldə bilər. Lakin əksər hallarda bizim qadınlar kişinin geyim təmizliyi və yeməyi ilə kifayətləniblər. Onun emosinal vəziyyəti ilə heç vaxt maraqlanmayıblar. Qadın istər ana, istərsə həyat yoldaşı rolunda kişinin emosianal balansını qoruyur.

Ana obrazı oğlunun kişi xarakterində, mübariz və lider kimi yetişməsində baza rolunu oynayır. Daim mənəvi dəstək verməli və güclü tərəflərini tapıb inkişaf etdirməlidir.

Lakin sonrakı inkişaf həyat yoldaşından asılıdır. Kişi ailə qurduqdan sonra ana enerjisi ilə bağlarını qoparıb yoldaşının dalğasına qoşulur.

Kişilərin inkişafında potensial katalizator

Sevdiyi qadının olması artıq onu mübarizəyə sürükləyir. O qadınını fərqli və daha gözəl mühitdə yaşatmaq üçün döyüşməyə başlayır. Kişi üçün sevdiyi qadından eşitdiyi “Sən güclüsən” cümləsi isə döyüşdəki ən güclü silahdır.

Layiq olmaq, müdafiə və təmin etmək instinkti güclü daxili situmullardır. Bütün bunların oyanması üçün ilham mənbəyi şərtdir. İlk növbədə kişi “kim üçün?” sualının cavabını tapmalıdır. Onun yardımçısı və axtardığı cavab olun. Problemlərinizi onunla bölüşün, yardımçı olmağına şərait yaradın, zərif görünün ki, onun müdafiə etmək vərdişi oyansın, gözəl, səliqəli və ətirli olun ki, testosteron motivasiyanı artırsın.

Uğurun "Gizli" düsturu

Dinləyin və təhlil edin: İdeyalarını müzakirə edin, təkliflər verin, lakin son qərarı ona buraxın. Kişi öz qərarlarının sahibi olduğunu hiss etməlidir. Qələbənin sevincini göstərin: Verilmiş hər müsbət qərarı kiçik mükafatlarla qarşılayın.

Tək qoymayın: Bir komandada olduğunuzu hiss etdirin.

Evi ən təhlükəsiz yer edin: Təzyiqsiz, anlayışlı və rahat mühit formalaşdırın.

Güzgü effekti yaradın: Maraq dairəsini, hobbilərini diqqət mərkəzində saxlayın və birlikdə həyata keçirin (onun futbol komandasının azarkeşi ola bilərsiniz.)

Daha yaxından tanıyın: İzlədiyi filmlərə baxıb, eyni kitabları oxuyun.

Dibdə olanda dayaq olun: Mentor kimi, yumşaq və pozitiv davranın. Qınayıcı, alçaldıcı müqayisələr kişiləri məhv edir.

Dünyagörüşünü zənginləşdirin: Ona yeni kitablar, təlimlər təklif edin.

Xoşbəxt sonluğa inandırın: Başqa insanların uğur hekayələri ilə tanış edib, qısa hədəflərin uzun müddətli gücünü göstərməklə strateji düşüncəsini inkişaf etdirin.

Kişiləri idarə etmənin ən gözəl üsulu sözün bütün mənalarında elə qadın olmaqdır.

Diqqətcil, qayğıkeş, intellektual, ətirli və gözəl. Bunun üçün kişilər kimi güclü olmağa ehtiyac yoxdur. Gücünüz zərifliyinizdədir.

Anar Şamil

Əlişir Nəvainin 585 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirildi “Qış nağılı” festivalında kamera axşamı keçirildi “Ssenaridə aktlar və keçidlər” adlı təlim keçirildi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://kulis.az
archiveBu xəbər 18 Fevral 2026 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Niqab qadağan olunur, hicab necə olacaq? Meloninin planı gündəmi dəyişdi

21 Sentyabr 2026 14:58see337

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see258

“Namaz qılmaq istəyirəm...”

20 Sentyabr 2026 21:52see255

Veyplər və erkən saç ağarması: həkimlər bir əlaqə görürlər, amma...

20 Sentyabr 2026 21:20see243

Berlin meri türk ola bilər

20 Sentyabr 2026 23:34see230

Yeni həftədə hansı bürclər şad xəbər eşidəcək?

20 Sentyabr 2026 23:39see229

REM yuxusu 83 xəstəliyin daha aşağı riski ilə əlaqələndirilir: araşdırma

20 Sentyabr 2026 20:37see220

Neftin qiyməti 60 dollara düşə bilər? Enerji böhranının tam həlli...

21 Sentyabr 2026 16:18see219

20 Sentyabrın tarixi əhəmiyyəti: Dövlət hakimiyyəti bütün ölkədə tam təmin olundu

20 Sentyabr 2026 19:45see217

“Bavariya” prezidenti: “Yamal yaxşıdır, amma...”

21 Sentyabr 2026 03:39see217

Bundesliqa: Bayer inamlı qələbəyə sevindi

21 Sentyabr 2026 03:36see213

Çinlə ABŞ arasında ticarət iqtisadi məsləhətləşmələr başlayıb

20 Sentyabr 2026 19:53see213

Diplomatların Qarabağa səfərinə Ermənistan cəmiyyətinin reaksiyası Azərbaycanın daxili işlərinə kobud müdaxilədir

20 Sentyabr 2026 23:11see212

Türkiyə Superliqası: Beşiktaş dan gözlənilməz məğlubiyyət Video

20 Sentyabr 2026 23:24see209

İltihablı sızanaqlar yeniyetmənin həyatını alt üst etmişdi. İnteqrativ müalicə ilə həll yolu tapıldı VİDEO

21 Sentyabr 2026 14:56see198

Qırmızı soğan və karri Bu ikili orqanizmi gücləndirir

21 Sentyabr 2026 18:20see196

Biznesi sürətlə böyütməyin yolları

21 Sentyabr 2026 03:17see194

“Abşeron Logistika” 2025 ci ili 77 milyon manat gəlir və 6,2 milyon manat xalis mənfəətlə başa vurub

22 Sentyabr 2026 12:55see190

Bal orqanizmə necə zərərli ola bilər?

21 Sentyabr 2026 19:22see179

Səyyad Aranın sözlərinə Səhiyyə Nazirliyindən CAVAB

21 Sentyabr 2026 14:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri