Icma.az
close
up
RU
Kişi küçədə arvadını bıçaqladı TƏFƏRRÜAT

Kişi küçədə arvadını bıçaqladı TƏFƏRRÜAT

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Şəmkir rayonunda 1995-ci il təvəllüdlü Nəcəf şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Məlahətə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 23 sentyabr 2024-cü ildə baş verib. Nəcəf həmin gün saat 21 radələrində şəxsi münasibətlər zəminində baş vermiş münaqişə zamanı əlindəki bıçaqla arvadı Məlahətin sol yan nahiyəsindən, sonradan yerə yıxılarkən baş nahiyəsinin sol hissəsindən vurub. 
Hadisəni törədən Nəcəfin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nəcəf ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Məlahət qeyri-rəsmi olaraq onun arvadıdır və onunla birlikdə yaşayır: “Özüm rəsmi olaraq heç bir yerdə işləmirəm və taksi fəaliyyəti ilə məşğul olaraq ailəmi  dolandırıram. Məlahət ilə 2012-ci ildən qeyri-rəsmi olaraq evləndim, iki övladım olub. Aramızda heç bir ədavətim, düşmənçiliyim olmayıb, münasibətlərimiz normal olub. Bizim münasibətlərimiz sonradan pisləşməyə başladı. Bizim aramızda olan dava-dalaşın əsas səbəbi arvadım  Məlahətin səhər saatlarında işə gedib, axşam saatlarında işdən gəldiyindən evin səliqə-səhmanı ilə düzgün məşğul olmayıb. Buna görə də aramızda mübahisə baş verib. Bizim yaşadığımız evdə paltar ütüsü düzgün işləmədiyindən və alt hissəsinə paltar yapışdığından paltar ütüləyən zaman həmin paltara iz salır. Ona görə də qızım məktəbə gedərkən paltarını ütüləyəndə paltara iz düşdü. Bu səbəbdən də bacım Gülnar həmin izi görüb arvadım Məlahətə zəng etdi. Məlahət əsəbləşərək mənə zəng etdi. Aramızda söhbət zamanı mübahisə yarandı. Mübahisə zamanı Məlahət uşaqdan imtina edəcəyini, mənimlə boşanmağını və anasının yaşadığı evə gedəcəyi barədə bildirdi”.
Təqsirləndirilən şəxs qeyd edib ki, arvadı Məlahətin sözlərindən əsəbləşib və idarə etdiyi “VAZ-2107” markalı avtomobillə onun işlədiyi Şəmkir şəhərində yerləşən marketin qarşısına gəlib: “Həmin vaxt Məlahət ilə söhbət edərək onun evə gəlməsini, mübahisənin olmamasını ona izah etdim. Lakin arvadım etiraz edərək anasının yaşadığı evə gedəcəyini bildirdi və mənim valideynlərimə qarşı nalayiq ifadələr işlətdi”.
Nəcəfin ifadəsinə görə, sentyabrın 23-də, saat təxminən 21 radələrində Məlahət işdən çıxıb və Şəmkir şəhəri, Zaur Sarıyev küçəsi ilə piyada yol ilə gedərkən o, idarə etdiyi avomobili saxlayaraq avtomobildən düşüb: “Məlahətə yaxınlaşdım ki, öz aramızda olan narazılıq barədə söhbət edərək yaşadığımız evə gedək. Lakin Məlahət narazılıq etdi. Məlahətin yaşadığımız evə getmədiyi, uşaqdan imtina etdiyi üçün əsəbləşdim. Həmin vaxt idarə etdiyim avtomobildə saxladığım meyvə və kəndir kəsmək üçün götürdüyüm bıçaqla arvadımın sol nahiyəsindən bir zərbə vurdum. Bu zaman Məlahət yerə yıxıldı. Həmin vaxt Məlahətə tibbi yardım göstərilməsi üçün Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparmaq istədim. Lakin ətrafa kənar şəxslər toplaşdığı üçün mən dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edərək, Şəmkir Rayon Polis Şöbəsinə yaxınlaşaraq özümü könüllü təqdim etdim”. 
İş üzrə zərərçəkmiş qismində ifadə verən Məlahətin sözlərinə görə, Nəcəf onun əridir, rəsmi olaraq heç bir yerdə işləmir: “Özüm Şəmkir şəhərində yerləşən mağazada satıcı kimi işləyirəm. Nəcəf ilə 2012-ci ildən qeyri-rəsmi olaraq evləmişik, iki övladımız olub. Aramızda heç bir ədavətim, düşmənçiliyim olmayıb, münasibətlərimiz normal olub.
Münasibətlərimiz sonradan pisləşməyə başladı. Aramızda olan dava-dalaşın əsas səbəbi evdə 12 yaşlı qızımın məktəb paltarımın ütülənməsi səbəbindən baş verdi. Mən hər gün səhər saat 9 radələrində işə gedirəm, axşam saat 21 radələrində işdən çıxaraq evə gəlirəm. Qızımın məktəbli paltarlarının ütülənmsi üçün vaxtım olmadığından paltarı özü ütüləyərkən yandırıb. Baldızım Gülnar bizim yaşadığımız evə gələrkən evin səliqəsiz olmasını, qızımın paltarını ütüləyərkən yandırması barədə mənə zəng edərək irad bildirdi. mən də ütünün işləmədiyini ona bildirdim. Baldızımın mənə zəng edib irad tutması barədə ərim Nəcəfə zəng edərək evə baxmamağını, uşağa nəzarət etmədiyi barədə irad tutdum. Ona  əsəbləşdim”. 
Zərərçəkmiş qeyd edib ki, bundan əlavə Nəcəf işləmədiyi üçün və evə düzgün nəzarət etmədiyinə görə ondan boşanmağı barədə bildirib: “Nəcəf də mənə əsəbləşərək onun işlədiyi mağazanın qarşısına gəldi. Həmin vaxt  Nəcəfə getməyini, hər ikimizin əsəbi olduğunu izah etdim. Lakin Nəcəf mənə boşanmamağımı bildirdi və mənim işdən çıxmağımı gözlədi. Axşam saat təxminən 21 radələrində işlədiyim Şəmkir şəhərində yerləşən  marketdən çıxdım və yolu piyada gedərkən Nəcəf idarə etdiyi avtomobili qarşımda saxladı. Mənə avtomobilə əyləşərək söhbət etməyimizi təklif etdi. Mən də bildirdim ki, anamın yaşadığı evə gedirəm, ona qarşı çox əsəbiyəm. Bu zaman anamın yaşadığı evə idarə etdiyi avtomobillə aparmaq istəyərkən ona etirazımı bildirdim. Həmin vaxt piyada bir az getdim ki, ərim arxamca gələrək təkrar yenə məni evə aparmaq istədi. Mən də ona etiraz etdim. Nəcəf mənə yaxınlaşdı, birinci saçımdan tutdu və daha sonra bıçaqla birinci sol yan nahiyəmə bir zərbə vurdu. Sonra həmin bıçaqla ikinci dəfə başımın sol gicgah nahiyəmə xəsarət yetirdi. Bu zaman mən yerə yıxıldım. Daha sonra Nəcəf çıxaraq getdi. Sonradan tibbi yardım göstərilməsi üçün Pəri adlı şəxs məni Şəmkir Rayon Mərkəzi Xəstəxanasına apardı. Həmin vaxt dərhal polis əməkdaşları gəldilər. Nəcəfin məni döydüyü üçün Şəmkir Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etdim”.
Bu cinayət işinə Şəmkir Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Nəcəf 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilib. O, dərhal məhkəmə iclas zalından həbsə alınıb. 
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Noyabr 2024 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see348

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see316

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see300

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see243

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see238

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see238

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see217

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see202

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see195

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see190

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see189

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see184

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see180

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see178

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see175

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see171

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see166

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see161

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see148

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri